"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxır
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində "Qarabağ"ı qəbul edəcək "Nyukasl Yunayted"in heyətində bir sıra problemlər yaranıb.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bugünkü həlledici matçda bir neçə aparıcı oyunçusunun xidmətindən istifadə edə bilməyəcək.
Bakıdakı görüşdə sarı vərəqə alan mərkəz müdafiəçisi Malik Tiau cəzalı duruma düşüb. Həmçinin müdafiəçilər – Fabian Şar, Emil Kraft, Tino Livramento və yarımmüdafiəçi Bruno Gimaraeş zədə səbəbindən heyətdə yer almayacaqlar.
Bundan başqa, müdafiəçi Sven Botman, yarımmüdafiəçi Lyuis Mayli və hücumçu Yoane Vissa da zədədən əziyyət çəkirlər. Onların da matçda iştirakı sual altındadır.
Qeyd edək ki, bu gün "Sent Ceyms Park"da keçiriləcək "Nyukasl Yunayted" – "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matçda qonaqlar 6:1 hesablı qələbə qazanıb.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA