Oğlu tərəfindən maşını yandırılan ata: "Yanında oturub isinirdi

Oğlu tərəfindən maşını yandırılan ata: Qəbələdə atasının avtomobilini yandıran şəxsə hökm oxunub.
"Kriminalqafqaz"ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrında rayonun kəndlərindən birində baş verib. Belə ki, atası ilə birlikdə yaşayan 1982-ci il təvəllüdlü Zöhrab Məmmədov (şərti) maşınını ona vermədiyi üçün atasından qisas almaq məqsədilə "Ford Transit" markalı mikroavtobusun üzərinə benzin tökərək yandırıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Avtomobilin sahibi Səhrab Məmmədova (şərti) 12 min manat zərər dəyib. 
Hadisə ilə bağlı başlanılan cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb. 
Məhkəmədə ifadə verən Zöhrab Məmmədov bildirib ki, hadisə baş verən gün o, içkili olub və atası ilə mübahisələri düşüb:
"Atam mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə edirdi. Ona dedim ki, maşını başqalarına yox, mənə versin, sürüm. Sərnişin də daşıyaram. O isə avtomobili heç vaxt mənə verməyəcəyini bildirdi. Buna görə aramızda mübahisə düşdü. Daha sonra mən evdən çıxıb kafeyə getdim. Evdə də içki içmişdim, kafedə də pivə içdim. Sonra evə gəldim. Çox əsəbi idim və qərara gəldim ki, atamın maşınını yandırım. Gecə saat 03 radələrində həyətə düşdüm. Avtomobilin üzərinə benzin tökərək alışqanla yandırdım. Daha sonra atam, anam və həyat yoldaşım pəncərədən maşının yandığını görüb kimin etdiyini soruşdular. Dedim ki, özüm etmişəm. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldilər və yanğını söndürdülər. Daha sonra polislər gəlib məni bölməyə apardılar. İzahatımı aldılar. 
Əməlimdən çox peşmanam. Atamla barışmışıq. Özüm II qrup əliləm, eyni zamanda talassemiya xəstəsiyəm. Himayəmdə üç yetkinlik yaşına çatmayan uşağım var. Çox xahiş edirəm, bütün bunlar nəzərə alınaraq mənə yüngül cəza verilsin". 
Hadisə zamanı zərərçəkən Səhrab Məmmədov məhkəmədəki ifadəsində bildirib ki, hazırda oğlu ilə barışıb və onunla bağlı heç bir tələbi yoxdur:
"Həmin gün o, içkili idi və məndən maşını istədi. Elə içkili olduğuna görə maşını ona vermədim. Gecə nəvəm gəlib məni oyadaraq dedi ki, maşın yanır. Mən də durub baxanda gördüm ki, Zöhrab yanan maşının yanında durub isinir. 
O maşını altı il əvvəl almışdım. Onunla sərnişin daşıyırdım. Oğlum isə onu yandırdı. Mənə 12 000 manat dəyərində zərər dəydi. Onu alanda oğlumun mənə köməkliyi dəyməmişdi".
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Məmmədov CM-nin 186.2.2-ci maddəsi ilə (Əmlakı qəsdən yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə CM-nin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq edilərək iki il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunub.

Sosial       Tarix: 09 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa


azerbaycan xeberleri son xeberler yeni xeberler hava son xeberler bugun axsam az xeberler valyuta