Oğlum üçün heç kəsin qapısını döyməmişəm' - Əməkdar artist
Əməkdar artist Çingiz Əhmədov oğlu İbrahim Çingizdən danışarkən duyğusal açıqlamalar verib.
azxeber.com xəbər verir ki, "Öz aramızda" verilişində qonaq olan aktyor oğlunun uğurlarını yalnız öz istedadı və zəhməti hesabına qazandığını bildirib.
O qeyd edib ki, bu günə qədər övladı üçün heç kimə müraciət etməyib:
"Bu günə kimi oğlum üçün heç kimin qapısını döyməmişəm. Nə qazanıbsa, öz bacarığı və Allahın köməyi ilə qazanıb", – deyə sənətçi vurğulayıb.
Çingiz Əhmədov əlavə edib ki, İbrahimin uğurlarını izləmək ona böyük qürur hissi yaşadır:
"O özü bilmədən gedib tamaşalarını izləyirəm. Hər dəfə görürəm ki, rolunu əvvəlkindən daha yaxşı oynayır. Bundan böyük zövq alıram".
Əməkdar artist həmçinin Prezident tərəfindən sənət adamlarına göstərilən diqqət və qayğıdan da danışıb:
"İnanmırdım, heç gözləmirdim. Bu bizim əməyimizə verilən böyük dəyər və stimul oldu".
Qeyd edək ki, aktyorun oğlu İbrahim Çingiz hazırda dövlət səviyyəsində böyük bir film layihəsində də rol alır.
Aysel
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR
Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub