Oğlunu öldürməyə cəhd edən 84 yaşlı kişiyə hökm oxundu
Qusarda oğlunu öldürməyə cəhd etməkdə təqsirləndirilən Sərkar Duraxanovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
KONKRET.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Sərkar Durdaxanovun cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyi müəyyən edilib və o, məcburi müalicəyə cəlb edilib.
Qeyd edək ki, hadisə ötən il iyulun 30-da baş verib. Qusar rayonu, Hil kənd sakini 2001-ci il təvəllüdlü İsrafil Duraxanovun xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1941-ci il təvəllüdlü Sərkar Duraxanovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq oğlu İsrafil Duraxanovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İsrafil Duraxanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Sərkar Duraxanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Onun hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğu bildirilir.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 29.120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ittiham irəli sürülüb.//APA

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı