Oğurluq etdiyi üçün axtarışda olan şəxs saxlanıldı
2024-cü ildə Azərbaycanda 617.1 kq qara kürü istehsal edilib. Öncəki illə müqayisədə artım olsa da, 25-30 il əvvələ baxdıqda bu, olduqca aşağı göstəricidir. Kürü istehsalının azalmasına səbəb nədir?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan aqrar sahə üzrə eksper Vahid Məhərrəmli bildirib ki, Azərbaycanda kürü istehsalının əvvəlki 25-30 ildən az olmasının səbəbi Xəzər dənizində balıqların sayının get-gedə azalmasıdır:
"Bu onunla bağlıdır ki, balıqlar üçün lazımi qədər qida yoxdur. Xəzərdə əvvəlcə xırda balıqların sayı xəstəlik səbəbilə kəskin aşağı düşdü. Bu da eyni zamanda iri balıqların yeminin tükənməsinə səbəb oldu. Bu səbəbdən də nərə və digər böyük balıqların sayı kəskin şəkildə azaldı. Balıq sayının azalması da istehsal edilən kürünün azalmasına səbəb oldu. Bu səbəbdən də Neftçala rayonunda bu balığın yetişdirilməsi üçün süni şərait yaradılıb. Balığın kürüsü də burada əldə olunur".
Ekspert bildirib ki, balıq kürüsünün istehsalının artırılması çox mürəkkəb məsələdir:
"Əgər bizdə balıqçılıqda geriləmə varsa, bu kürü istehsalına da təsirsiz ötüşməyəcək. Göl, qəfəs balıqçılığı hesabına bu sahə inkişaf etdirilə bilər. Amma nərə balıqları var ki, onların qidası xüsusidir. Xəzəryanı sahələrdə Neftçalada olduğu kimi qəfəslər quraraq balıqları burada yetişdirmək olar. Qısa şəkildə desək, Neftçaladakı təcrübəni geniş yaymaqla bu istiqamətdə addım atıla bilər".

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto