Okan Buruk "Qalatasaray"ın oyununa azərbaycanlı hakim təyin edilməsini istədi
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsveçrə təmsilçisi "Yanq Boys"a 2:3 hesabı ilə məğlub olan Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Okan Buruk komandasının matçına azərbaycanlı hakim təyin edilməsini istəyib.
KONKRET.az xəbər verir ki, mütəxəssis oyunsonrası mətbuat konfransında almaniyalı hakimin idarəçiliyindən narazılığını bildirib.
"İsveçrə komandasının oyununa Almaniyadan olan hakim təyin edirlər. Bura maşınla gəlib. Bizə də Azərbaycandan hakim təyin etsinlər ki, vəziyyəti bərabərləşdirək", – deyə O.Buruk vurğulayıb.
Baş məşqçi ikinci hissədə daha yaxşı oynadıqlarını söyləyib və "Qalatasaray"ın qapısına təyin olunan penalti qərarına reaksiya verib:
"Bu, bizə ümid verdi. Öz keyfiyyətimizi göstərsək, qalib gələcəyimizi düşünürəm. Futbolçuların hər iki əlinin bağlı vəziyyətdə tullanmasını istəyirlər. Tezliklə əllərini bağlayacağıq".
Mütəxəssis qapıçı Fernando Musleranın zədəsinə aydınlıq gətirib:
"Musleranın ağrıları var, ikinci matça qədər sağalacağını düşünürəm. Kaan Ayhan geri dönür, Davinson Sançesin durumuna baxacağıq. Bugünkü matçda onun yoxluğunu hiss etdik".
Qeyd edək ki, "Qalatasaray"la "Yanq Boys" arasında cavab görüşü avqustun 27-də İstanbulda keçiriləcək.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto