Öldü bilib stadionda sükutla andılar, sağ imiş
Bolqarıstan Liqası çərçivəsində keçirilən "Arda" – "Levski Sofiya" matçında keçmiş futbolçu Petko Gançev üçün 1 dəqiqəlik sükut elan edilib.
KONKRET.az xəbər verir ki, matçın fasiləsində isə Qançevin ölmədiyi və sağ olduğu məlum olub.
Bundan sonra "Arda" klubu üzr mesajı yayımlayıb: "Məlumat yanlışdır. Qançev sağdır. Ona sağlam ömür arzulayırıq".
Qeyd edək ki, 79 yaşlı Qançev 5 il "Arda"da çıxış edib və 120-yə yaxın qola imza atıb. Keçmiş futbolçu yerli mətbuata müsahibəsində vəziyyətə münasibətindən danışıb:
"Evə gedəndə telefonuma tez-tez zəng gəldi. Amma mən maşın sürürdüm və telefonu götürməyə imkan etmədim. Evimizin qarşısında maşını saxladım. Arvadım məni göz yaşları içində qarşıladı, dedi ki, Petko, televizorda öldüyünü söylədilər.
Dostum, keçmiş mərkəz müdafiəçisi Stoyan İliyev də stadionda idi. Mənə qışqırdı: "Bilmirəm ağlayım, yoxsa gülüm". Mən də dedim, ağla və gül. Diri-diri basdırılmaq, əslində, böyük stress imiş".//Qafqazinfo
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq