Ölkədə dolların qiyməti bu tarixə kimi dəyişməyəcək
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2% səviyyəsində proqnozlaşdırır.
KONKRET.azxəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.
Ötən il Azərbaycanda orta illik inflyasiya 8,8% təşkil edib.
Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4%-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3%-ə qədər azalacaq.
Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7% təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7%, 2025-ci il üçün 4,6%, 2026-cı il üçün 4%, 2027-2028-ci illər üçün isə illik 3,8% səviyyəsində proqnozlaşdırır.
"S&P" Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9%-ni (2023-cü ildə ÜDM-in 11,5%-i) təşkil edəcəyini proqnozlaşdırır.
Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7%-ni, 2026-cı ildə ÜDM-in 1,2%-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2%-i səviyyəsində kəsirlə olacaq.
"S&P" həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.
"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", – agentlik vurğulayıb.//Report

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır