Ombudsmandan ermənilərin Kəlbəcərdə mina yerləşdirməsi ilə bağlı AÇIQLAMA
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva azad edilmiş ərazilərində mövcud olan mina təhlükəsi ilə bağlı açıqlama yayıb.
Ombudsman Aparatından azxeber.com-a daxil olan açıqlamada deyilir:
"Azərbaycanın azad edilmiş ərazilərində mövcud olan mina problemi məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngitməklə yanaşı, çoxsaylı insanların həyatına son qoymuş və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra mina partlayışları nəticəsində həlak olmuş və xəsarət almış azərbaycanlıların sayı 200-ə yaxındır.
Ötən gün Kəlbəcər rayonunun Günəşli kənd sakinlərinin öz evlərini ziyarət etməsi məqsədilə təşkil edilmiş səfərdə növbəti belə faciənin qarşısı alınmış oldu. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçusunun sakinlərdən birini müşayiət edərkən ehtiyatlı davranması nəticəsində evlərin sıx yerləşdiyi həmin kənddə tank əleyhinə mina aşkarlanmış, bununla kənd sakinləri, dövlət qurumları və KİV nümayəndələrinin daxil olduğu 20 nəfərin həyatı son anda xilas edilmişdir.
Kütləvi insan tələfatına səbəb ola biləcək həmin minaların 2020-ci ildə Kəlbəcər rayonunun boşaldılması üçün ermənilərə verilmiş müddət ərzində basdırıldığı ehtimal edilir. Təəssüf ki, Azərbaycanın humanist yanaşmasına cavab olaraq Ermənistanın cinayətkar əməlləri günahsız insanların həyatlarına təhlükə yaratmaqdadır. Ötən il iyun ayında da həmin rayonda tank əleyhinə minanın partlaması nəticəsində iki jurnalist və bir məmur həlak olmuşdu.
Ermənistan tərəfindən mülki əhalinin yaşayış yerlərinin yaxınlığında minalar basdırılması və Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq dəqiq mina xəritələrinin təqdim edilməməsi beynəlxalq humanitar hüquqa zidd olmaqla, insanların bir çox fundamental hüquqlarının pozulmasına gətirib çıxarır. Bununla bağlı tərəfimizdən dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər edilsə də, nəticə əldə olunmamışdır.
Azərbaycan Ombudsmanı olaraq, bir daha minaların yaratdığı təhlükə ilə bağlı ciddi narahatlığımı bildirir, Ermənistana beynəlxalq hüquqa hörmət etmək öhdəliyini xatırladır və beynəlxalq təşkilatları ədalətli yanaşma sərgiləyərək, qəti münasibət bildirməklə bu məsələdə Azərbaycana dəstək ifadə etməyə çağırıram".
Kurslar.az kurslar [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək