"Ona təklif gəlib, amma getməsini istəmirik"

"Sabah"ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ev oyununu şərh edib.
KONKRET.az xəbər verir ki, o, 5:0 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
"Bu gün iki komandanın ifasında parlaq oyun gördük. "Qəbələ" ilə oyunlarımız hər zaman maraqlı alınır, açıq futbol gedir. Hesaba baxmayaraq, oyun çətin keçdi. Avrokubok matçından sonra həm bizim, həm də "Qəbələ"nin bərpa olmaq üçün cəmi iki gün vaxtı var idi. Yaxşı intizam, yaxşı sürət görə bildik. Şadam ki, qalib gəldik.
Bizim kiçik üstünlüyümüz o idi ki, avrokubok görüşünü evdə oynamışdıq. "Qəbələ" isə Kiprdə oynayırdı və geri qayıtmalıydılar, yatmayacaqdılar. Bütün bunlar çətindir. Biz bir az gümrah idik. Ancaq ümumi olaraq hansısa sözlər demək çətindir, çünki cəmi bir tur geridə qaldı. Hər şey mümkündür. "Qəbələ"yə qarşı oynamaq çətindir. Onlar yaxşı hücum edən kollektivdir. Layiqli şəkildə də ölkə kubokunu qazanmışdılar.
Azarkeşlərimizə bizə daim dəstək olduqları üçün təşəkkür edirəm. Söz verirəmsə, ona əməl etməliyəm. Necə deyə bilərəm ki, biz sabah udacağıq, çempion olacağıq? Alınmasa, birinci siz deyəcəksiz ki, söz vermişdiniz, bəs necə oldu? Azərbaycan Premyer Liqası daha da güclü oldu. Bura maraqlı futbolçular gəlir. Məşq edəcəyik, işləyəcəyik, necə olacağını görəcəyik. Hələ ki, heç bir söz verə bilmərəm".
Rusiyalı mütəxəssis komandadan ayrılması gözlənilən Coy Lens Mikelslə bağlı məsələyə də toxunub:
"Kluba rəsmi təklif gəlib. Onu transfer etmək istəyən klub var. Amma biz onu satmaq, onunla yollarımızı ayırmaq istəmirik.Çünki bizim vacib, lider oyunçularımızdan biridir. Amma müqaviləsində bənd var ki, özü müəyyən məbləğ ödəyərək sərbəst qala bilər. Hələ ki, heç nə dəqiq deyil. Lens özü də, yekun qərarını verməyib. Hadisələr necə inkişaf edəcək, bilmirəm".

İdman       Tarix: 07 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan qarabag butun xeberler xəbərlər.com