Onlar niyə mırıq diş olur? - Araşdırma

Onlar niyə mırıq diş olur? - AraşdırmaSoyuq iqlimə malik olan ölkələrdə ən çox inkişaf etmiş idman növlərindən biri buz üstündə xokkeydir.
KONKRET.az bildirir ki, bu idman növü ilə məşğul olanlar daha çox ağız boşluğu nahiyəsindən xəsarət alırlar.
Dişlərindən zədə alan peşəkar xokkeyçilər isə idmanı tərk etmədən diş protezlərindən və ya onları müalicə etməkdən imtina edirlər.
Maraqlıdır, xokkeyçilər niyə məhz dişlərindən xəsarət alırlar və niyə müalicədən imtina edirlər?
Fanat.Az bununla bağlı maraqlı araşdırma aparıb:
Bu idman növündə ağız boşluğunun zədəyə məruz qalmasının bir neçə səbəbi var.
Xokkey – oyunçuların buz üzərində yaxın təmasda olduğu idman növüdür. Qoruyucu kapaların olmasına baxmayaraq ağız boşluğu tez-tez zədəyə məruz qalır. Səbəblərdən biri də şaybanın xokkeyçilərin üzünə tuş gəlməsi olur.
Məsələn, mart ayının 16-sı Rusiyada xokkey şaybasının zərbəsindən bir nəfər idmançı həyatını itirib.
Onlar niyə mırıq diş olur? - AraşdırmaOdur ki, sifətdən zədə almaq riski yüksəkdir. ABŞ-ın Milli Xokkey Liqasında demək olar hər mövsüm 5-10 idmançı ön hissədə yerləşən dişlərindən məhrum olur.
Onlar niyə mırıq diş olur? - AraşdırmaYeni diş qoydurmamaqlarının səbəbi isə odur ki, protezləmə zamanı körpü və ya implant qoyularsa, təkrarlanan travmalar daha da ağır zədələrə səbəb ola bilər. Belə hallarda protezin quraşdırılması zərurəti ilə bağlı qərarı idmançı diş həkimləri və komandanın xüsusi mütəxəssisləri ilə birlikdə verməlidir. Bəli, bu bahalı prosesdir, amma yüksək liqalarda mübarizə aparan xokkeyçilər üçün yox. Onlar yenidən zədələnmə riskindən qaçmaq üçün dişlərin bərpasını karyeralarının sonuna qədər təxirə salırlar.
Onlar niyə mırıq diş olur? - AraşdırmaAmma dişsiz qalmağın yeganə səbəbi bu deyil. Bu, həm də dəb və trenddir. Məsələn, tanınmış rusiyalı xokkey ustası Oveçkin də dişsizdir və yer üzündə ona bənzəmək istəyən 100-lərlə gənc xokkeyçi var.
Onlar niyə mırıq diş olur? - Araşdırma2019-cu ildə "NBC Hockey" telekanalında şəhçi belə bir ifadə səsləndirmişdi: "Bu mövsüm Oveçkinə bənzəmək üçün "Edmonton Oilers" klubunun gənclərdən ibarət komandasının üzvü Styuart Skinner iki yuxarı ön dişi ilə vidalaşacaq".

İdman       Tarix: 25 dekabr 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari