Onu qaralamaq üçün çoxlu pul təklif edildi - Ronaldonun keçmiş sevgilisi
Britaniyalı aktrisa Cemma Atkinson etiraf etdi ki, Kriştiano Ronaldo ilə ayrıldıqdan sonra futbolçu haqqında mənfi yazmaq üçün ona çoxlu pul təklif olunub.
KONRKET.az xəbər verir ki, onların 2007-ci ildəki qısa romantikası olduqca böyük sensasiyaya səbəb olub.
Həmin dövrdə Ronaldo "Mançester Yunayted"də oynayır, Cemma "Hollyoaks" serialındakı rolu sayəsində ən parlaq gənc ulduzlarından biri hesab olunurdu.
Cütlük müntəzəm olaraq ictimaiyyət qarşısında birlikdə görünür və dərhal şəhərin müzakirə mövzusuna çevrilirdi.
Aktrisa daha sonra futbolçunun onu əsl Britaniya üslubunda qazanmağa çalışdığını – onu çayla qonaq etdiyini və onunla birlikdə "Only Fools and Horses" kult serialının epizodlarına baxdığını söyləyib. Lakin, ayrıldıqdan sonra onların şəxsi həyatına maraq yalnız artıb.
"Ayrılanda mənə onun haqqında pis bir şey demək üçün külli miqdarda pul təklif edildi. Amma mən bunu istəmirdim".
Cemma adəcə olaraq mənfi bir şey deməyə heç bir səbəbinin olmadığını söyləyib: "Onun haqqında pis bir şey yox idi, ona görə də hər şeyi uydurmağın və ya ona böhtan atmağın mənasını görmədim."
Bu gün Cemma rəqqasə Qorka Markeslə evlidir və cütlüyün Mia və Tyaqo adlı iki övladı var.
Ronaldo özü model Georgina Rodriguez ilə nişanlıdır. Onlar Alana və Bella adlı qızları, eləcə də surroqat analıq yolu ilə dünyaya gələn əkizlər Eva Maria və Mateo böyüdürlər. / konkret.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA