Öskürəkdən necə xilas olmaq olar? - Mütəxəssislərdən tövsiyələr
Öskürək tənəffüs yollarının müdafiə reaksiyası olsa da, bir çox hallarda insanlara ciddi narahatlıq yaradır. Mütəxəssislər onun səbəbinin düzgün müəyyən edilməsinin müalicədə əsas rol oynadığını bildirirlər.
azxeber.com Bizim.media-ya istinadən xəbər verir ki, öskürəyin ən çox rast gəlinən səbəbləri arasında soyuqdəymə və virus infeksiyaları, allergiyalar, quru hava, siqaret tüstüsü və bəzi hallarda reflüks xəstəliyi yer alır.
Həkimlərin sözlərinə görə, yüngül hallarda ev şəraitində tətbiq edilən bəzi üsullar vəziyyəti xeyli yüngülləşdirə bilər. Bunlara bol maye qəbul etmək, ilıq çaylar içmək, baldan istifadə, buxar inhalasiyası və otağın nəmləndirilməsi daxildir.
Mütəxəssislər həmçinin bildirirlər ki, öskürəyin uzunmüddətli davam etməsi, sinə ağrısı, nəfəs darlığı və ya yüksək hərarətlə müşahidə olunması hallarında mütləq həkimə müraciət edilməlidir.
Qeyd olunur ki, öskürəyin tam aradan qaldırılması üçün əsas şərt onun yaranma səbəbinin düzgün müəyyən edilməsi və buna uyğun müalicənin aparılmasıdır.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq