Ötən il Antalya rekord sayda turist qəbul edib
Ötən il Antalya rekord sayda turist qəbul edib
Ötən il Türkiyənin Antalya şəhəri 15 milyon 689 min 258 xarici turisti qəbul edib.
Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin məlumat yayıb.
Bildirilib ki, bununla da bütün zamanların rekordu əldə edilib.
Ötən il Antalya ən çox Rusiyadan - 3 milyon 461 min 762 turist qəbul edib. Bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 14% çox olub.
Almaniyadan bu şəhərə 3 milyon 363 min 510 nəfər turist gəlib. Alman turistlərin sayında da 2022-ci illə müqayisədə 19% artım olub.
Antalyaya Böyük Britaniyadan də xeyli sayda turist gəlib. Şəhərə 14,8% artımla 1 milyon 318 min 215 britaniyalı turist səfər edib.
Ötən il Polşadan da 1 milyon 68 min 150 nəfər tətil üçün Antalyaya üstünlük verib. Bu ölkədən gələn turistlərin sayında əvvəlki ilə nisbətən 39,60% artım olub.
Antalyaya ən çox ziyarətçi göndərən ilk on ölkə müvafiq olaraq Niderland, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna olub. / oxu.az

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu