Ovannisyan: "Paşinyan nə edəcəyini bilmir"

Ovannisyan:

" class="imgbcode" />"Paşinyan nə edəcəyini bilmir. Bəs müxalifət nə etməlidir?".
KONKRET.az xəbər verir ki, bu sözləri "Alternativ Layihələr" qrupunun üzvü Vahe Ovannisyan bildirib.
"Yazıları, mətnləri, yalanları, ittihamları bir kənara qoyaq. Sonda Nikolun parlamentin son, məlum iclasında nə dediyini və ya demək istədiyini başa düşmək lazımdır. Məhz bu, dövlət üçün önəmlidir. Nikol isə yalnız bir şey dedi: "Mən nə edəcəyimi bilmirəm".
Aprelin 5-də o, Qərb tərəfindən "atıldı", ondan əvvəl Rusiya ilə münasibətləri kəsildi, bundan əvvəl də Türkiyə onu "atdı" – Ərdoğanı təbrik etmək üçün səfər belə ona kömək etmədi. Azərbaycan yeni tələblər irəli sürür, yəni "sülh müqaviləsi" mövzusu da ortalığa qoyulub.
Ona görə də bu gün indiki dövlət başçısı sadəcə olaraq nə edəcəyini bilmir. Faciə ondadır ki, bu, onun şəxsi problemi deyil, xalqın problemidir.
Əslində, hakim partiyanın yalnız bir neçə adamı fironun qulu kimidir. "Mülki Müqavilə"nin üzvlərinin yerdə qalan 80 faizi artıq şübhə içindədir.
Tavuş hərəkatının mahiyyətini düzgün başa düşməliyik. Tavuş hərəkatı xarici təhlükələrə qarşı müqavimətlə bağlı deyil. Artıq partiyasızlığa çevrilmiş bu daxili müqavimət hərəkatı ləyaqət hissi və güclü nüfuz sahibi insanları birləşdirdi.
Amma biz imkan verməməliyik ki, Tavuş əvvəlcə mahnı yazmaq, televiziya çəkilişləri, cəsarətli çıxışlar meydanına, sonra isə birdən-birə, gözlənilmədən hərbi qarşıdurma meydanına çevrilsin. Tavuş, ölkənin faktiki "liderinin" bizi sürüklədiyi ciddi dövlət böhranı problemidir. Rəsmi İrəvan bəyan edib ki, bu kəndlər Azərbaycana məxsusdur və indi Bakının kozırı Nikolun sözləridir və bu sözlər indi Tavuş "üsyançılarını" hədələmək üçün istifadə olunur. Bu, ciddi böhrandır, siyasi problemdir, siyasi həll tələb edən problemdir. Tavuş problemi Ermənistanın problemidir və onun həlli İrəvanın mərkəzindədir.
Ölkənin birinci adamı deyəndə ki, "Mən daha nə etmək lazım olduğunu bilmirəm", ondan fərqli olaraq, çox tez bir zamanda alternativ qüvvə formalaşmalıdır ki, bu da öz seçicisinə nə etmək lazım olduğunu göstərəcək. Bu, bütün müxalifətin ən mühüm işidir. Əks halda, biz fəlakət gözləyən bir kütləyə, daha da pisi, passiv ortağa çevriləcəyik.
Şəxsən mən yaxın vaxtlarda öz təkliflərimi bənd-bənd təqdim etməyə hazıram", – deyə erməni politoloq fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 17 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər son.xeberler sosial yardim son.xabar