Oxatma həvəskarlarına möhtəşəm fürsət - Bakıda çempionatqabağı ustad dərsləri keçirildi - FOTOLAR
Avqustun 23-25-də keçiriləcək Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı ərəfəsində Bakıda ustad dərslərinə start verilib.
KONKRET.az Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, dərslər iki günlük nəzərdə tutulub.
Məlumata görə, dünən "Sea Breeze" yaşayış kompleksində baş tutan tədbir bu gün də saat 13:00-dan 19:00-dək davam edəcəkdir.
Açıq havada keçirilən dərslər həvəskarlara möhtəşəm idman atmosferinə qərq olmaq fürsəti qazandırıb!
Peşəkar idmançılar Əhməd Hüseynov və Fatimə Hüseynli kamandan oxatma idman növünə həvəs göstərən hər kəsə bu sənətin sirlərini ustalıqla aşılayıblar.
Qeyd edək ki, tədbirdə fərqlənən həvəskar oxatanlar müxtəlif hədiyyələrlə mükafatlandırılaraq əsl çempionat əhval-ruhiyyəsi yaşayıblar.
Xatırladaq ki, 23-25 avqust tarixlərində Bakıda peşəkar oxatanların iştirakı ilə Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı baş tutacaq.
Şikayətinizi və şahidi olduğunuz hadisəni çəkib bizə göndərin!

Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto