Oyun başlayandan sonra hər şey yaddan çıxdı
Məğlub olmağımıza baxmayaraq, pis sonluq almadı. Bizim üçün böyük təcrübə oldu. Klub olaraq çox inkişaf etdik. İlk oyundakı nəticəyə görə cavab matçına hazırlaşmaq elə də asan deyildi. Hər bir halda rəqib bizi səhvlərə yol verməyə məcbur edirdi.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında bildirib.
O, Çempionlar Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi "Nyukasl"a cavab oyununda 2:3 (ilk oyun 1:6) hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırmalarından danışıb:
"Bakıdakı oyunda azarkeşlərin sona qədər bizə dəstək olması turnirin çəkisini bir daha göstərdi. Buna görə çox sevindim. Əlbəttə, bunun bizə çox faydası oldu. Hər oyunumuzda rəqibin 1500-2000 azarkeşi gəlirdi. Stadionda çox maraqlı atmosfer yaranırdı. "Nyukasl" stadionunda futbolçu kimi də çıxış etmişdim. Baş məşqçi kimi çıxış edəndə o anlar yadıma düşdü. Oyun başlayandan sonra isə hər şey yaddan çıxdı (gülür)".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA