Papa XVI Benediktin vəziyyəti PİSLƏŞDİ
Vatikan Papa XVI Benediktin vəziyyətinin pisləşdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni bildirib.
Son saatlarda Papa XVI Benediktin səhhəti pisləşib.
"Papa Fransisk Papa Benediktin səhhətinə görə dua edilməsini istəyib. Təsdiq edə bilərəm ki, son bir neçə saat ərzində onun qocalığı səbəbindən səhhətində pisləşmə baş verib. Hazırda vəziyyət nəzarət altındadır, həkimlər onu daim izləyirlər", – deyə Vatikanın mətbuat xidməti bildirib.
Qeyd edək ki, alman kardinalı, görkəmli ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq papalıq taxtına çıxıb.
2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Roma Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib. XVI Benedikt Vatikanda yaşayır.
Xuraman Etibarlı,
KONKRET.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır