PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılırAzərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq.
Layihə üzrə sazişin imzalanma mərasimində PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və YEO Teknoloji şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Tolunay Yıldız iştirak ediblər.
Layihəni Türkiyənin enerji texnologiyaları sahəsində fəaliyyət göstərən YEO Teknoloji şirkəti, Azərbaycanda enerji sistemi üçün həyata keçirəcək. Bu çərçivədə 125 MVt gücündə və 250 MVt·saat tutumunda batareya əsaslı enerji saxlama sistemi qurulacaq. İşlər EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli əsasında, açar təslimi şərtləri ilə aparılacaq.
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılırAzərbaycanda 2026-cı ilin ikinci rübündə ümumi tutumu 500 MVt·saat olan iki enerji saxlama sistemi istismara verilib. Yeni layihə ilə bu infrastruktura daha 250 MVt·saat tutumunda enerji saxlama sistemi əlavə olunacaq.
Yeni sistem elektrik şəbəkəsinin dayanıqlığını artırmağa və enerji istehsalı ilə istehlakı arasında balansı qorumağa kömək edəcək. Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin daha səmərəli istifadəsi də layihənin əsas məqsədlərindəndir. Bunun üçün batareya sistemləri ilə yanaşı, yüksək gərginlikli yarımstansiya tikiləcək və yeni sistem elektrik şəbəkəsinə inteqrasiya ediləcək. Layihənin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək.
Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasında əsas istiqamətlərdən biridir. Bank son illərdə enerji səmərəliliyi, dayanıqlı infrastruktur, aşağı karbonlu nəqliyyat və dekarbonizasiya sahələrində bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib.
YEO Teknoloji ilə əməkdaşlıq PAŞA Bankın enerji sektorunda maliyyələşdirdiyi layihələrin əhatəsini genişləndirəcək. Bank bərpa olunan enerji, enerji keçidi və strateji infrastruktur layihələrinin maliyyələşdirilməsini uzunmüddətli prioritetləri sırasında saxlayır.
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılırPAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır/ azxeber.com

İqtisadiyyat       Tarix: 21 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.45% artaraq 4.167 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.57% bahalaşaraq 56.19 AB

Unibank və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində "Xarici Ticarətin Maliyyələşdirilməsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Bir-dən sahibkarlar üçün güzəştlər: "Biznesdə birlikdə" proqramına müraciət üçün tələsin

Bir ekosisteminin mikro sahibkarlara və iqtisadi inklüzivliyə dəstək məqsədilə start verdiyi "Biznesdə birlikdə" layihəsinə qeydiyyat davam edir. Müraciətlərin qəbulu üzrə son tarix 22 oktyabr 2026-cı ildir. Layih

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu

"Yelo Bank" 2026-cı ilin üçüncü rübünün (yanvar-sentyabr) maliyyə nəticələrini açıqlayıb. Doqquz ay ərzində bank 17,3 milyon manat xalis mənfəət əldə edib, aktivlərini və kredit portfelini genişləndirib, kapita


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az xeberler bugun cəbhədən son xəbərlər cebheden xeber