Paşinyan: "KTMT-yə üzvlüyü dayandırmaq barədə hər an qərar qəbul edə bilərik"

Paşinyan: Cənubi Qafqazda siyasi şərtlər dəyişib və geosiyasi durum başqa məcarada inkişaf edir. 44 günlük müharibədən sonra bölgədə vəziyyəti tam nəzarətə götürən Azərbaycan tərəfinin diqtəsini bəzi hallarda qəbul etmək istəməyən Ermənistan yeni müttəfiq axtarışındadır. Ermənistan hesab edir ki, rəsmi Moskva hadisələrə passiv reaksiya verir. Yaranan narazılıq, Ermənistan-Rusiya münasibətlərindəki ziddiyyətlər Ermənistanı Qərbə doğru sürükləyir.
Rusiya bundan narahatdır və rəsmi Moskva hesab edir ki, ermənilər müttəfiqini dəyişmək üçün yollar axtarır. Ermənilər isə yeni müttəfiq axtarışını Rusiyanın müqavilələrlə təsbit olunmuş təhlükəsizlik təminatlarının yerinə yetirilməməsi ilə əlaqələndirir.
Son vaxtlar Ermənistanın qərbə yaxınlaşması müşahidə olunduqca Rusiya məsələdən narahatlığını ifadə edir. Ermənistanın Qərbdə ən böyük dəstəkçisindən hesab olunan Fransa düşmən ölkəyə silah göndərir və onlara hərbi-siyasi dəstəyini əsirgərmir.
Bir neçə gün əvvəl Fransa xarici işlər nazirinin "Ermənistanı bütün sahələrdə dəstəkləyirik" bəyənatı, ardından müdafiə naziri Suren Papikyanın Parisə səfəri Rusiyada narahatlıqla qarşılanıb. Fransa və Ermənistan müdafiə nazirlərinin hansı məsələləri müzakirə etdiklərini təxmin etmək çətin deyil. Deməli, rəsmi Moskvanın narahatlığına əsaslar var. Ermənistan qərbin əliylə Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaqda israrlıdır.
Dünən ABŞ-ın hərbi nümayəndə heyətinin İrəvana səfərini də Moskva diqqətdə saxlayır. Əndazənin aşıldığı qənaətinə gələn ruslar hesab edir ki, Ermənistan onlara etimad etmir. Ard-arda atılan bu addımlar Rusiyanın maraqlarına ziddir və bölgədə Rusiyanın varlığını sual altına alır. Amma ermənilər ərazilərində Rusiyanın hərbi bazasının varlığını unudurlar. Onu da unudurlar ki, İran və Türkiyə ilə sərhədlərinə ruslar nəzarət edir. Zvartnos hava limanının sərhəd keçid məntəqəsi Rusiyanın nəzarəti altındadır. Ermənistan qərbin tezliklə onları Rusiyanın əlindən alacağına ümid edir.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra tərəflər Ermənistan ordusunu Rusiya modeli üzrə yenidən qurmağı planlaşdırırdı. Amma Rusiyanın Ukraynada apardığı müharibədə və üzləşdiyi dəhşətli faciələrdən sonra ermənilər mövqelərini dəyişdilər. İndi "böyük qardaşlarından" üz döndərməyə cəhd edən Ermənistan Qərbə üz tutb. Dünən İrəvana gələn amerkalılarla danışıqlardan sonra bəlli olub ki, Amerika hərbiçiləri Ermənistanda peşəkar kiçik zabitlərin hazırlanması prosesini həyata keçirəcəklər.
Ümumiyyətlə, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişdikdən sonra qərbyönlü hesab edilən Nikol Paşinyan Rusiyanın Ermənistanla bağlı siyasətini kəskin tənqid edib. Avropa İttifaqı ilə əməkdaşlığın artırılması üçün addımlar atıb. Erməniləri narazı salan məqam Rusiya və KTMT-dən istədikləri dəstəyi ala bilməmələridir.
Rusiyadan küskün Ermənistan unudur ki, onlar ağız büzdükləri dövlətin forpostudur və Rusiyada milyonlarla erməni miqrant var.
Ermənistanın daha bir hədəfi KTMT-dən çıxmaqdır. Nəzərə almalıyıq ki, kollektiv Qərblə əməkdaşlığa ən böyük əngəl Ermənistanın KTMT-yə üzv olmasıdır. Rusiyanın nəzarətində olan hərbi-siyasi blokdan çıxmaq planlarını Ermənistan hakimiyyəti mərhələ-mərhələ yerinə yetirir. Amma buna nail olacaqları təqdirdə ciddi itkilərlə üzləşə bilərlər. Görünür qərbdəki tərəfdaşların köməyinə arxalanan Ermənistan "sudan quru çıxacağına" əmindir.
Nikol Paşinyanın mayın 22-də keçirdiyi mətbuat konfransında: "Mən istisna etmirəm ki, Ermənistan KTMT-yə üzvlüyünü dayandırmaq və ya dondurmaq barədə qərar qəbul edə bilər" – deməsi də Ermənistanın hər an KTMT-dən çıxa biləcəyinə işarədir.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 23 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler ensonxeberler gunun xeberleri krimnal xeber