Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədi

Paşinyan Azərbaycanla bağlı vəd istədi, Vens söz vermədiErmənistan-Rusiya münasibətləri yaxın gələcəkdə daha da pisləşmə riski altındadır. Əldə etdiyimiz məlumata görə, Ermənistan hakimiyyəti bəzi Qərb tərəfdaşlarına "Rusiya Dəmir Yolları"nın törəmə şirkəti "Cənubi Qafqaz Dəmir Yolu"nu ələ keçirmək və idarə etmək üçün müraciət edib.
KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, bu barədə "Past" bildirib.
Ermənistan nəşri xatırladıb ki, Baş nazir Nikol Paşinyan ötən həftə yerli KİV-ə müsahibəsində İrəvanın Rusiyanın idarəçiliyində olan dəmir yolu məsələsini Moskva ilə dostcasına həll etmək niyyətində olduğunu açıqlayıb:
"Baş nazir dəmir yolu ilə bağlı baxışının Ermənistan və Rusiyaya dost olan bir ölkənin onu idarə etmək hüququnu Rusiyadan alması olduğunu bəyan etdi. Paşinyan həmçinin əlavə etdi ki, Rusiyanın dəmir yolunu idarə etməsi səbəbindən strateji mövqeyimizi və rəqabət üstünlüyümüzü itiririk.
Paşinyanın bu açıqlaması Rusiya baş nazirinin müavini Aleksey Overçukun Moskva və İrəvanın Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəli iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacağı barədə verdiyi açıqlamadan sonra səsləndirilib. Overçukun sözlərinə görə, belə bir qərar Ermənistan tərəfinin xahişinə uyğun olaraq və erməni xalqına qarşı dostluq və qardaşlıq hislərinə əsaslanaraq verilib.
Rusiyanın dəmir yollarının həmin iki hissəsinin bərpasını həyata keçirməsi Nikol Paşinyanın maraqlarına uyğun deyil. Digər yandan, "Cənubi Qafqaz Dəmir Yolu" ilə bağlı müqavilə 2038-ci ildə bitir. Amma həmin müqavilənin müvafiq bəndinə əsasən, tərəflərdən biri müqaviləni 2028-ci ildə ləğv edə bilər.
Qərb Paşinyanı güzəşt müqaviləsinin ləğvini ən qısa vaxtda həyata keçirməyə məcbur edir. Mənbəmizin sözlərinə görə, Paşinyan hazırda Fransa və Almaniya ilə gizli danışıqlar aparır. Dəmir yolu məsələsi İrəvanda Nikol Paşinyan və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında da ətraflı müzakirə olunub. Ermənistan tərəfinin səsləndirdiyi yeganə tələb, yeni şirkət cəlb ediləcəksə, həmin dəmir yolu şirkətində Türkiyə və ya Azərbaycan kapitalının olmaması ilə bağlı idi. Amma amerikalılar bununla əlaqədar vəd verməyiblər, əksinə, "Tramp Marşrutu" üzrə idarəetməni ofşor zonada qeydiyyatdan keçmiş bir şirkət vasitəsilə həyata keçirə biləcəklərini deyiblər ki, bu şirkətin əsl sahiblərini müəyyən etmək olduqca çətin olacaq".

Siyasi       Tarix: 17 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan en son xeberler bu gun dunyada son xeberler axsam.az xeberler