Paşinyan Qərb agentura şəbəkələrini Ermənistan ərazisinə dəvət edir' - Politoloq
"Faktiki olaraq, Ermənistanda Nikol Paşinyanın Sorosçu hakimiyyətin iqtidara gəlməsindən sonra Ermənistanla Rusiya arasında münasibətlərdə çatların yaranacağı dəqiq idi. Bu, gözlənilən bir situasiyadır. Bütövlükdə nəzərə almaq lazımdır ki, bugünkü dövrdə Ermənistan Rusiya münasibətləri kifayət qədər gərgindir. Bunun bir çox səbəbləri mövcuddur. Rusiya çox yaxşı görür ki, Paşinyan sistematik şəkildə Qərb agentura şəbəkələrini Ermənistan ərazisinə dəvət edərək Cənubi Qafqazda qərbin pionu olmaq yolunda addımlayır. Əvvəlcə, Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Qərb casus şəbəkələrini Ermənistan ərazilərinə doldurmaqla məşğul oldu, bu gün isə biz görürük ki, daha ciddi və təhlükəli addımlar atılır".
Bu fikirləri azxeber.com-a açıqlamasında politoloq Tural İsmayılov Ermənistanın Rusiyaya nota göndərməsinə münasibət bildirərkən deyib.
Onun dediklərinə əsasən, Ermənistanın elə bir siyasi gücü yoxdur ki, Rusiyayla müharibə etsin:
"ABŞ ilə dırnaqarası strateji əməkdaşlıq müqaviləsinin imzalanması da birbaşa Ermənistanı regiona kənar oyunçuları daha çox cəlb edilməsi, eyni zamanda Rusiya əleyhinə atdığı demarş idi. Bu baxımdan da Ermənistanın müxtəlif bəhanələr gətirməklə Rusiyaya nota göndərməsi kəskinləşən Rusiya-Ermənistan münasibətlərinin növbəti təzahürlərindən biridir. Bu gün Ermənistan elə siyasi gücə və müstəqilliyə malik deyil ki, Rusiyayla hansısa müharibə apara bilsin. Çünki Ermənistanın Gümrü şəhərində Rusiyanın hərbi bazası mövcuddur. Ermənistan nə qədər anti-Rusiya propoqandasını dövlət siyasətində halqa halına gətirsə də bu gün Ermənistan Rusiyanın asılılığından xilas ola bilmir və Rusiyadan ağır, siyasi asılılığı mövcuddur. İstənilən halda Lavrovun və Rusiya rəsmilərinin Ermənistan əleyhinə verdikləri qərarlar, həmçinin Ermənistanın Rusiyaya verdiyi nota Ermənistanla Rusiyanın münasibətlərdə çox çətin bir dövrün başladığını söyləməyimizə əsas verir və Rusiya-Ermənistan münasibətlərinin yaxın zamanda yaxşılaşması gözlənilir".
Mikayıl Mirzəzadə
Xidmetler [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək