Paşinyan Rusiyanı Qarabağda müharibəyə CƏLB ETMƏK İSTƏYİR - Qərb izi
"İrəvan Qərbin göstərişi ilə Rusiyanı Qarabağda müharibəyə cəlb etmək istəyir".
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın "Siloviki" teleqram kanalı yazı dərc edib.
"Ötən gün Qarabağdan olan etirazçılar Xankəndidən Rusiya sülhməramlılarının komandiri Volkovla görüş tələbi ilə Rusiya sülhməramlılarının qərargahına doğru irəliləyib. Lakin bu etiraz heç də dinc toplantı deyil. Onlar yolları kəsəcəyi ilə təhdid ediblər. Beləliklə, ermənilər birbaşa çöküş yaratmaqla hədələyiblər.
Qeyd edək ki, erməni tərəfinin Qarabağda bu fəallığı bir gün əvvəl Sankt-Peterburqda baş tutan MDB sammitindən sonra başlayıb. Xüsusilə Ermənistanın Baş naziri Paşinyan Putini Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətsizliyinə görə qınayıb.
Və bu sammitdən dərhal sonra ermənilər bölgədə yenidən gərginlik yaratmağa başlayıblar.
Görünən odur ki, İrəvan öz qərbli "ağalarının" göstərişlərinə açıq-aydın əməl edir. Və nəyin bahasına olursa-olsun Qarabağda gərginlik yaratmaqda davam edir. Daha dəqiq, Kremlin diqqətini Ukraynadakı müharibədən yayındırmaq üçün lazım olan genişmiqyaslı hərbi əməliyyatlara bəhanə axtarır", – deyə teleqram kanal yazıb.
Xuraman Etibarlı,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi