Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?"Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bunu hələlik real siyasi iradənin təsdiqi kimi qiymətləndirmək tezdir. Çünki sülh sazişinin imzalanması üçün konkret tarixlərin səsləndirilməsi deyil, mövcud siyasi və hüquqi maneələrin aradan qaldırılması vacibdir".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasın da səsləndirib:
Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?"Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar dəyişdirilməli, sülhün davamlılığını təmin edən hüquqi zəmin formalaşdırılmalıdır. Paşinyanın bir müddət əvvəl 2031-ci ili mümkün tarix kimi göstərməsi, indi isə 2027–2028-ci illərdən danışması İrəvanın sülh prosesinin vaxt çərçivəsini daxili siyasi şəraitə uyğun müəyyənləşdirməyə çalışdığı barədə suallar doğurur. Xüsusilə Ermənistanda seçki prosesləri, konstitusiya islahatları və müxalifətin mövqeyi hakimiyyətin qərarlarına təsir edən amillərdir. Lakin daxili siyasi çətinliklər Azərbaycanla sülhün qeyri-müəyyən müddətə təxirə salınması üçün əsas ola bilməz".
Politoloq qeyd edir ki, digər tərəfdən, 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətninin paraflanması artıq danışıqların mühüm mərhələsinin başa çatdığını göstərir.
"Bu baxımdan prosesin daha bir neçə il uzanması ciddi siyasi suallar yaradır. Paşinyanın yeni Konstitusiya layihəsinin hazırlanacağını və hətta bunun üçün növbədənkənar seçkilərin mümkünlüyünü bildirməsi müəyyən addımların nəzərdən keçirildiyini göstərir. Ancaq əsas məsələ həmin bəyanatların konkret qərarlara çevrilməsidir. Ermənistan rəhbərliyi anlamalıdır ki, sülh sazişi yalnız Azərbaycanın deyil, Ermənistanın da təhlükəsizliyi, iqtisadi inkişafı və regional inteqrasiyası üçün strateji əhəmiyyət daşıyır. İrəvanın prosesi daxili siyasi hesablaşmaların predmetinə çevirməsi Ermənistanın özünün də imkanlarını məhdudlaşdıra bilər. Hesab edirəm ki, Paşinyanın sülhə nə dərəcədə hazır olduğunu onun açıqladığı tarixlər deyil, konstitusiya məsələsində atacağı real addımlar, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə hüquqi aydınlığın təmin edilməsi və əldə olunmuş razılaşmaların icrası göstərəcək".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 23 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov bu ölkənin aparıcı analitik mərkəzlərindən biri olan "Macdonald-Laurier" İnstitutunun (MLI) Xarici Siyasət, Milli Müdafiə və Təhlükəsizlik proqramını

Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər

Brüsseldə Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətində ("European External Action Service") oktyabrın 21-də "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üzvləri qəbul olunub. xəbər verir ki

Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Hindistan Respublikasının xarici işlər naziri Subramanyam Caişankar sabah Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Hindistan xarici işlər nazirinin bir sıra dövlət rəsmiləri ilə görüşləri gözlənilir. /

Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub

Oktyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Arkadağ şəhərində yerləşən Qurbanqulu Berdiməhəmmədov adına Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub. xəbər verir ki, ziyarə

Türkiyə və İranın Bakıya hücumu: gerçək səbəbi budur

"İran və Türkiyənin Azərbaycana münasibətlərində müşahidə olunan və olunmayan nüanslar var. Zaman keçdikcə bu məsələlərin mahiyyətini araşdırmalarla daha dəqiq ortaya qoymaq lazımdır". KONKRET.azxəbər verir ki

SON DƏQİQƏ! Kim Çen komaya düşdü

Şimali Koreya lideri Kim Çen İnin beyin qanaması keçirdikdən sonra komaya düşdüyü və müalicə üçün Çinə aparıldığı iddia olunur. -a istinadən xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Sun" nəşri məluma

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə görüşüb. xəbər verir ki, Elçi

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi

XIX əsrin sonlarında Yaponiya Qərbin qurduğu dünya nizamına qoşulmağa məcbur oldu. Lakin Avropa dövlətləri yəqin ki, yaponların bu yeni sistemin qaydalarını nə qədər sürətlə mənimsəyəcəyini və qısa müddətdə öz müəllimlərin

Paşinyan sülh tarixini yenə dəyişdi: Azərbaycanla razılaşma niyə gecikir?

"Nikol Paşinyanın Azərbaycanla sülh sazişinin 2027–2028-ci illərdə imzalana biləcəyi barədə açıqlaması Ermənistan rəhbərliyinin sülh prosesinə münasibətində müəyyən taktiki dəyişikliklərin olduğunu göstərsə də, bun


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun xankendi xeber ensonxeberler