Paşinyanın "Maşın şousu" - Oyun bitdi
Dünən İrəvandan Qarabağa istiqamət götürən 19 yük maşınının Azərbaycan ərazisinə buraxılmayacağını bilən Ermənistan hakimiyyəti bu addımı ilə siyasi şou yaratmağa cəhd göstərdi. Axşam saatlarında Azərbaycan-Ermənistan sərhədinə çatan karvan dayandırıldı və yükün Qarabağa daşınması üçün Ağdam-Xankəndi marşrutu təklif olunsa da, ermənilər Laçın yolundan keçməkdə israr etdilər.
Bu gün hökumətin iclasında çıxış edən Baş nazir Nikol Paşinyan gözlənildiyi kimi, Azərbaycanı humanitar yüklərin keçidinə icazə verməməkdə ittiham edib.
"Biz Qarabağda yerləşən Rusiya sülhməramlı qüvvələrinin nümayəndələrindən yükü qəbul edib Qarabağa çatdırmağı xahiş etdik. Bununla belə, Azərbaycan Qarabağa humanitar yardımın çatdırılmasına mane olur ki, bu da anlaşılmaz və qəbuledilməzdir".
Daha sonra Paşinyan Qarabağ ermənilərinin "acından ölmək" təhlükəsindən danışıb.
Əslində siyasi möhtəkirlik edən Paşinyan bununla diqqəti regiona yönəltmək üçün cəhdlər edir. Yükləri Qarabağa göndərməzdən əvvəl xarici diplomatların maşınlara baxışını təşkil edən Ermənistan hökuməti avtomobillərə də yalnız humanitar yüklərin aparılmasını təsdiqləmək istəyib. Bugünkü iclasda da Paşinyan yük karvanında yalnız humanitar yüklərin daşınmasını vurğulayıb və həmin maşınların yalnız Laçın dəhlizindən keçəcəyini deyib. Yəni Azərbaycanın təklif etdiyi Ağdam marşrutu ermənilər üçün təhqirdir və humanitar yüklərin Azərbaycan ərazisindən daşınması qəbuledilməzdir.
Məsələyə bu cür yanaşan Ermənistan hakimiyyətinin regionda sülh yaratmaq "cəhdi" də sadəcə siyasi oyundur.
"Maşın şou"da Paşinyanın əldə etmək istədiyi siyasi dividendin nədən ibarət olacağını söyləmək çətindir. Ancaq onu bu işə təhrik edən qüvvələr hazırda karvanın dayandığı Ermənistan ərazisindən Azərbaycana tərəf boylanırlar. Laçın yolunda boynunu bükənlər arasında Avropa İttifaqı missiyasının tərkibindəki qoca fransız və alman polisləri, bəzi diplomatlar və digər xarici jurnalistlərdir.
Amma sərhəddəki "Maşın şou"nun sonunda oyunu tərk edən ermənilər və onların dostları olacaq.
Vəli Həsənov,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var