"Pekin-2022" Qış Paralimpiya Oyunları başa çatdı
Çinin paytaxtı Pekində keçirilən 13-cü Qış Paralimpiya Oyunları başa çatıb.
KONKRET.az xəbər verir ki, martın 4-də başlayan "Pekin-2022" Qış Paralimpiya Oyunlarında 46 ölkədən təxminən 564 paralimpiyaçı iştirak edib. Azərbaycan, İsrail və Puerto Riko ilk dəfə Qış Paralimpiya Oyunlarında təmsil olunub. Paralimpiyaçılar 6 növ üzrə 78 dəst medal uğrunda mübarizə aparıblar. Qış Paralimpiya Oyunlarını ev sahibi Çin 18 qızıl, 20 gümüş və 23 bürünc medalla birinci, Ukrayna 11 qızıl, 10 gümüş və 8 bürünc medalla ikinci, Kanada 8 qızıl, 6 gümüş və 11 bürünc medalla üçüncü sırada bitirib. Ümumilikdə 19 ölkənin paralimpiyaçıları medal qazanıblar. Paralimpiya Oyunları tarixində ilk dəfə bir Asiya ölkəsi medal sıralamasına görə qalib olur.
"Pekin-2022" Qış Olimpiya Oyunlarında istifadə olunmuş arenaların bir neçəsi və "Olimpiya kəndləri" uyğunlaşdırılaraq Paralimpiya Oyunlarında da istifadə olunub.
Qeyd edək ki, Qış Paralimpiya Oyunlarında Azərbaycanı təmsil edən Mehman Ramazanzadə martın 9-da yarışdan əvvəl sonuncu məşqdə aldığı ağır zədə nəticəsində mübarizəyə qoşula bilməyib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu