Pekin alimləri: "Yerin nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə hərəkət edə bilər" - FOTO
Pekin alimləri: "Yerin nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə hərəkət edə bilər" - FOTO
"Yerin daxili nüvəsi fırlanmağı dayandırıb və indi əks istiqamətdə fırlana bilər".
Çindəki Pekin Universitetinin alimləri İ Yan və Syadun Sun bu qənaətə gəliblər.
Onların fikrincə, Yerin daxili nüvəsi son on ildə demək olar ki, fırlanmağı dayandırıb.
"Nature Geoscience" jurnalında bununla bağlı dərc olunan məqalədə Yerin sirli daxili strukturu nəzərdən keçirilib və nüvəni yarıb keçmiş zəlzələlərdən yaranan seysmik dalğalar araşdırılıb.
Daxili nüvənin seysmik dalğaları ilə bağlı verilən məlumatlar 1960-cı illərdə başlayan Alyaska qeydlərinə əsaslanır.
Alimlərin ehtimallarına görə, bu dəyişikliklər "yırğalanma" dövrünün bir hissəsidir və daha yeddi onillik davam edə bilər.
Pekin Universitetinin seysmoloqu və tədqiqatın müəllifi Syadun Sun daxili nüvəni "planetin içindəki bir planet" kimi xarakterizə edib və qeyd edib ki, buna görə də onun necə hərəkət etməsi çox vacibdir. Ancaq onun hərəkət mexanizmi hələ də sirr olaraq qalır.
Hələlik Yerin daxili nüvəsinin əsasən bərk dəmirdən əmələ gəldiyi məlumdur. "National Geographic"in məlumatına görə, 1220 km radiusa və təxminən 5200 dərəcə temperatura malikdir.






Mənbə: Unilad.com / oxu.az

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var