Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ
Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ
"Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olur".
Bu barədə Rusiyanın tanınmış endokrinoloqu Anastasiya Qalyanova xəbərdarlıq edib.
O bildirib ki, mikrodalğalı sobada yemək isidərkən zərərli maddələrin əmələ gəlməsi qab-qacağın materialından asılıdır.
"Belə ki, mikrodalğalı sobada birdəfəlik plastik qablar və plastik konteynerlərdən istifadə etməmək daha yaxşıdır. Plastik qızdıqda ondan çoxlu miqdarda zəhərli maddələr ayrılır. Ən zərərli birləşmələrdən biri müxtəlif DNT-nin mutasiyasına və zədələnməsinə səbəb olan benzoldur. Yeməkləri şüşə və ya çini qablarda bişirmək, qızdırmaq daha yaxşıdır", - deyə həkim bildirib.
Mütəxəssis vurğulayıb ki, üzərində mikrodalğa üçün təsdiq işarəsi (üçbucağın içərisində beş rəqəmi və ya mikrodalğalı soba işarəsi) olan plastik konteynerlərdən də istifadə etmək olar.
"İstiləşmə vaxtı isə bir dəqiqə ilə məhdudlaşdırılmalıdır. Mikrodalğalı sobada yemək uzun müddət isidildikdə tərkibindəki qidalandırıcı maddələrin miqdarı təxminən 40% azalır. Yemək bişirmək və ya qızdırmaq üçün başqa üsul seçmək imkanı varsa, mikrodalğalı sobadansa, qaz plitəsi, ya sobadan istifadə etmək daha yaxşıdır", - deyə Qalyanova qeyd edib.
Mənbə: Gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var