Pensiya alanlara şad xəbər - Gələn aydan hamının pulu
"2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğunlaşdırılacaq. İlkin gözlənti budur ki, əmək pensiyaları 10,8% indeksasiya olunacaq. Bu, o deməkdir ki, mövcud rəqəm dəyişməyəcəksə, 2024-cü ilin yanvarında bütün növ pensiyalar orta hesabla 10,8% artırılacaq".
azxeber.com xəbər verir ki, bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək: "Vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir. Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər.
Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 54 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 54 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar ayından qalan 54 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 554 manat deyil, 608 manat pensiya alacaq. Mart ayında isə 554 manat artırılmış pensiyanı almağa davam edəcək".
Vüqar Bayramov həmçinin bildirib ki, sosial yardımlar üçün ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılıb:
"Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin artmasına səbəb olub.
Hesablamalar göstərir ki, 5 nəfərlik ailədə ünvanlı sosial yardım proqramında ehtiyac meyarının artırılması məsələsində əlavə ödəniləcək məbləğ təxminən 60 manatdır. Ailənin gəliri 800 manat idisə, sosial yardım olaraq 430 manat ödəniş olunurdu. Bu məbləğ artıq 500 manatı keçəcək. Ünvanlı sosial yardım proqramında ödənilən orta yardım məbləği aylıq olaraq 500 manatdan çox olacaq".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var