Pensiya kapitalının müəyyən hissəsi vətəndaşa birdəfəlik ödəniləcək? - Təqaüdlə bağlı MÜHÜM DETALLAR

Pensiya kapitalının müəyyən hissəsi vətəndaşa birdəfəlik ödəniləcək? - Təqaüdlə bağlı MÜHÜM DETALLARAzərbaycanda pensiyaya çıxan şəxslərə hesablanan təqaüdlərinin heç olmasa yarısının birdəfəlik verilməsi məsələsi zaman-zaman ictimai müzakirələrə səbəb olur. Xüsusilə, vətəndaşların şəxsi hesablarında görünən "pensiya kapitalı" ilə bağlı suallar bu mövzunu yenidən gündəmə gətirir.
Bəs mövcud qanunvericilik və pensiya sistemi buna imkan verirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, hazırkı sistemdə vətəndaşın hesabında görünən məbləğ real yığım hesab olunmur:
Pensiya kapitalının müəyyən hissəsi vətəndaşa birdəfəlik ödəniləcək? - Təqaüdlə bağlı MÜHÜM DETALLAR"Pensiya vətəndaşın dolanışığını təmin etmək üçün ona hər ay ödənilir. Pensiyaya çıxırsa, yığılan sığortaya uyğun olaraq təqaüd hesablanır. Azərbaycanda pensiyaçının hesabında görünən sığorta məbləği var, bəzən onu pensiya kapitalı adlandırırıq. Amma həmin məbləğ hazırda real şəkildə mövcud deyil".
İqtisadçının sözlərinə görə, hazırda işləyən şəxslərin ödədiyi sosial sığorta haqları birbaşa indiki pensiyaçıların maaşlarının ödənilməsinə yönəldilir:
"Hər ay işləyən şəxslərin ödədiyi sığorta haqqı indiki pensiyaçıların məvacibinin alınmasına xərclənir. Hesablarda toplanmır. Hesablarda görünən vəsait pensiyaçıların məvacibini bir-birindən fərqləndirmək üçündür.
Vətəndaşın ödədiyi sığorta kapitalı əsasında pensiya məbləği hesablanır. Məsələn, şəxs 50 min manat sığorta haqqı ödəyibsə, həmin məbləğ 144-ə bölünür və aylıq pensiya müəyyən edilir. Başqa biri 30 min ödəyibsə, artıq o, əmək pensiyası almaq hüququndan məhrum edilir və ona sosial müavinət verilir.
Minimum pensiya almaq üçün müəyyən hədd mövcuddur.
Əgər, məsələn, 46 min 50 manat sığorta kapitalı varsa, yenə də 144-ə bölünür və minimum pensiya olaraq 320 manat verilir".
Akif Nəsirli vurğulayıb ki, Azərbaycanda tətbiq edilən model "nəsillərarası həmrəylik" prinsipinə əsaslanır:
"Bizdə yığım əsaslı pensiya sistemi yoxdur. Hazırda nəsillərarası həmrəylik sistemi tətbiq edilir. Yəni əmək qabiliyyətli əhali işləyir və pensiyaçıları saxlayır. Pensiya kapitalından istifadə etmək üçün ilk növbədə həmin kapitalı formalaşdıran yığım sisteminə keçmək lazımdır. Hər kəsin şəxsi hesabında real kapital yığılmalıdır. Yalnız bundan sonra pensiya kapitalından birdəfəlik istifadə barədə qərar verilə bilər".
İqtisadçı əlavə edib ki, hazırkı qanunvericilik belə bir addımın atılmasına imkan vermir:
"Nə bizim pensiya sistemi, nə də Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" qanunu pensiya kapitalının müəyyən hissəsinin vətəndaşa birdəfəlik verilməsinə şərait yaradır".
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 29 may 2026
f Paylaş

Oxşar xəbərlər

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler sou biznes xabar az cəbhədən görüntülər