Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonraAzərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətdə pensiya kapitalı toplasalar da, pensiyalarının yenidən hesablanması müəyyən şərtlərlə həyata keçirilir.
Bəs işləyən pensiyaçıların pensiyası hansı qaydada artırılır? Mövcud mexanizm bu şəxslərin maraqlarına nə dərəcədə uyğundur?
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycanda yaşa görə pensiyaya çıxdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması qaydaları müzakirə mövzusudur:
"Mövcud mexanizmə əsasən, pensiya təyin olunduqdan sonra işləyən və sosial sığorta haqqı ödəyən şəxslərin topladıqları pensiya kapitalı müəyyən müddətdən sonra nəzərə alınır. Qaydalara görə, pensiya təyin edildikdən sonra işləməyə davam edən şəxsin fərdi hesabında toplanan pensiya kapitalı 6 il tamam olduqdan sonra 72-yə bölünərək aylıq pensiyasına əlavə olunur. Bu proses avtomatik həyata keçirilir və vətəndaşın yenidən müraciət etməsinə ehtiyac qalmır".
İqtisadçının sözlərinə görə, mövcud mexanizmin mənfi tərəfləri də var:
"Belə ki, vətəndaş 6 il ərzində işləyərək sosial sığorta haqqı ödəsə də, həmin ödənişlərin pensiyasına təsiri yalnız bu müddət başa çatdıqdan sonra nəzərə alınır.
Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonraAsif İbrahimov
Bu isə işləyən pensiyaçıların ödədikləri sosial sığorta haqlarının nəticəsini daha qısa müddətdə görməsinə mane olur. Bu baxımdan, pensiyaların yenidən hesablanması mexanizminin təkmilləşdirilməsi, sosial ədalət və iqtisadi səmərəlilik prinsiplərinin gücləndirilməsi təklif edilir".
Asif İbrahimovun fikrincə, əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri sosial sığorta haqlarının nəticəsinin daha çevik şəkildə pensiyalarda əks olunması üçün yenidən hesablama müddətinin qısaldılması məqsədəuyğun hesab olunur:
"Eyni zamanda, pensiya sistemində ödənilən sosial sığorta haqları ilə vətəndaşın əldə etdiyi pensiya arasında daha aydın, şəffaf və ədalətli əlaqənin qurulmasının vacibliyi vurğulanır".

Sosial       Tarix: 18 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

Xankəndidə müasir teleqüllə ucaldılır - Yeni görüntülər

Xankəndi şəhərinin yaxınlığında, Şuşa ilə üzbəüz mövqedə inşa olunan müasir teleqüllənin tikintisi davam edir.  " "a istinadən xəbər verir ki, dəniz səviyyəsindən 1 596 metr yüksəklikdə inşa edilən teleradio yayım

Gümüş bahalaşdı, qızıl ucuzlaşdı

Nyu-York birjasında gümüşün qiyməti artıb. xəbər verir ki, COMEX əmtəə birjasında gümüşün unsiya üzrə fyuçersləri isə 0.11% bahalaşaraq 61.11 ABŞ dolları təşkil edib. COMEX-də qızıl fyuçerslərinin dəyəri 0.14% azalaraq 4.21

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Səfir: Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana gəlib

Ukraynadan daha bir qrup uşaq reabilitasiya üçün Azərbaycana gəlib. xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X"-də bildirib. Səfirin sözlərinə görə, Dnepropetrovsk və Kiyev vilayətlərində

Pensiyalarla bağlı ŞOK DƏYİŞİKLİK: 2027-ci ildən nələr dəyişəcək?

Pensiya alanların aylıq ödənişindən 5 faiz tutulması nəzərdə tutulmur. Lakin yeni qanun layihəsi qəbul olunarsa, işləyənlərin gələcək pensiyası üçün fərdi hesablarına daha az vəsait yazıla, yüksək pensiya alanların isə illi

"20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik" – Sosioloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanm


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar az cəbhədən son xəbərlər valyuta məzənnələri cəbhədən son görüntülər