Bu məhsul BAHALAŞACAQ

Bu məhsul BAHALAŞACAQHindistanda düyü ixracına 30 faizlik vergi tətbiqi gündəmdədir. Belə ki, Hindistan hökuməti daxili bazarda təklifi artırmaq və qiymətlərin kəskin yüksəlməsinin qarşısını almaq məqsədilə basmati düyüsü istisna olmaqla, digər düyü növlərinin ixracına 30 faizlik vergi tətbiq edilməsi təklifini nəzərdən keçirir.
KONKRET.az xəbər verir ki, "Financial Express"ə məlumat verən mənbələr bu məhsullar üçün minimum ixrac qiymətinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin də davam etdiyini bildiriblər. "El Nino"nun təsiri ilə musson mövsümünün kharif əkin dövründə istehsalın azalacağı gözlənilir. Bu arada pərakəndə satış qiymətləri yüksəlməkdə davam edir.
Nəzərə alaq ki, Hindistandan ölkəmizə də böyük ölçüdə düyü idxal edilir. Ona görə də yeni vergi idxal olunan Hindistan düyüsünün qiymətlərinə ciddi təsir edəcək.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib ki, 2025-ci ildə ümumi düyü idxalının 70 faizi Hindistanın payına düşüb:
"Ərzaq təhlükəsizliyi baxımından da bu çox riskli göstəricidir. Çünki ixracatçı ölkədə baş verən iqtisadi təlatümlər idxalçı ölkələrə çox asanlıqla sirayət edə bilir. Ona görə də gec olmadan alternativlər axtarılmalıdır. Qazaxıstan, Pakistan, Vyetnam və digər ölkələrin ixrac imkanlarından istifadə olunmalıdır. Eyni zamanda, yerli düyünün istehsalı stimullaşdırılmalıdır.
Nəzərə alaq ki, yerli düyü keyfiyyətcə idxal olunan düyülərdən xeyli üstündür. Bir sözlə, Hindistan düyüsündən asılılıq aradan qaldırılmalıdır.
Hazırda Hindistanın daxili bazarında düyü təchizatı sahəsində problemlər yaşanır. Yerli hökümət daxili tələbatı ödəmək üçün ixraca tətbiq olunan vergiləri 30 faiz bahalaşdırmaq istəyir. İxrac qiymətlərinin 30 faiz bahalaşması isə idxalçı ölkələrdə özünü daha böyük rəqəmlə ifadə edə bilər. Bu mənada Hindistan hökuməti vergiləri artırsa, yaxın gələcəkdə ölkəmizdə düyü bahalaşacaq".

Sosial       Tarix: 29 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında noyabrın 29-da müşahidə ediləcək vəziyyət açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şərait

Bu ərazilərdə qaz olmayacaq

Sabah saat 14 radələrindən etibarən Cəlilabad şəhərində 1500 abonentin mavi yanacaqla təchizatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bildirilib ki, görüləcək işlə

Daha bir gənc müəllim qəfil dünyasını dəyişdi

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın kollektivinə ağır itki üz verib. . "Unikal"a istinadən xəbər verir ki, gimnaziyanın gənc fizika müəllimi Aygün dünyasını dəyişib. . Onun qəfil öldüyü bildirilir.

Vəfat edən DSX əsgərinin fotosu

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov dəfn olunub. -a istinadən xəbər verir ki, hərbi qulluqçu Masallı rayonunda torpağa tapşırılıb. Qeyd edək ki, mərhum uzun sürən ağır xəstəlikdən müalic

Bəzi ərazilərdə qaz olmayacaq

Sabah saat 10:00-dan işlər yekunlaşanadək Biləsuvar rayonunun bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqəda

Bakı aeroportunda ər-arvad saxlanılıb - 22 min avroya ad-soyadlarını dəyişdiribmişlər

Saxta pasportla Azərbaycana gələn İran vətəndaşları olan ər-arvad həbs ediliblər. -a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunda baş verib. İran vətəndaşları olan ər və arvad 22 min avro ödəməkl

Qızılın qiyməti yenidən ucuzlaşdı

Əmtəə bazarlarında qızıl və gümüşün qiymətində ucuzlaşma qeydə alınıb. xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,49% azalara

Dekabrda kredit faizləri aşağı düşəcək? – Ekspert AÇIQLADI

Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması fonunda dekabrın 23-də keçiriləcək növbəti iclasda hansı qərarın qəbul ediləcəyi maraq doğurur. Xüsusilə uçot dərəcəsinin mümkün azalmasının kommersiy

Bakıda yanan avtomobil yolda qaldı: Sürücü maşını kənara çəkməkdən imtina etdi

Paytaxtın Ramana qəsəbəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb. -a istinadən xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsi yolun hərəkət hissəsində qalıb. Ərazidən keçən sürücülər hadisəni mobil telefonl


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun 2026 canli ən son xəbər cəbhədən son xəbərlər oxu.az xeberler