Peru mətbuatında erməni yalanları ifşa edilib

Peru mətbuatında erməni yalanları ifşa edilibPerunun ən nüfuzlu qəzetlərindən olan "El Comercio"da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun erməni yalanlarını tam ifşa edən "Yalanlar etimad və sülhə yardım edə bilməz" adlı ətraflı məqaləsi dərc olunub.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Erməni səfirinin həmin nəşrə verdiyi müsahibəsindəki iftira və yalanlarına cavab olaraq qələmə alınmış məqalədə regionun tarixi və burada cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib. Azərbaycanın əzəli torpağı olan Qarabağın beynəlxalq ictimaiyyət, o cümlədən Peru tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanındığı, bundan əlavə, tarixən azərbaycanlıların yaşadıqları Zəngəzur, Basarkeçər, Göyçə kimi ərazilərdə onillərdir milli-mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılıb silinməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi oxucuların diqqətinə çatdırılıb.
Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü, işğalçılıq siyasətinin ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş soyqırımı, çoxsaylı dəhşətli müharibə cinayətləri, həyata keçirdikləri etnik təmizləmələr barədə geniş məlumat yer alıb. Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən ermənilərin insanlığa qarşı bu amansız cinayətləri törətdikləri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməklə təcavüzkar siyasətlərinə bəraət qazandırmağa cəhd etdikləri vurğulanıb.
Eyni zamanda, Azərbaycanın erməni terrorunun ağır fəsadları ilə qarşılaşmasına baxmayaraq, keçdiyi uğurlu siyasi-iqtisadi inkişaf yoluna nəzər salınıb, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Burada ən böyük çətinliklərdən birinin erməni təcavüzkarları tərəfindən həmin torpaqlarda işğal zamanı yüz minlərlə minanın basdırılması və bunun yüzlərlə həmvətənimizin həyatlarını itirmələrinə səbəb olduğu bildirilib.
Monoetnik Ermənistandan fərqli olaraq, tarixən multikulturalizm dəyərlərinə səmimi bağlılığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlara və dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilib.
Yazıda Laçın yolunun bağlanması və erməni sakinlərin guya "blokada"ya alınması ilə bağlı erməni yalanlarına aydınlıq gətirən səfir M.Talıbov bu iddiaların tamamilə əsassız olduğunu faktlarla sübut edib, nəqliyyat vasitələrinin həmin yoldan sərbəst şəkildə istifadə etdiyi barədə məlumat verib. Qeyd edilib ki, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni silah, sursat və erməni hərbçi heyətinin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi təsis edib. Diplomat həmin məntəqənin fəaliyyətindən, onun beynəlxalq sərhəddə şəffaflıq, burada sülh və sabitliyə xidmət etməsindən danışıb.
Məqalədə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və sülh sazişi üzrə danışıqlar barədə ətraflı məlumat verilib, sülh üçün yeganə yolun Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regiondakı kommunikasıyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, Ermənistanın isə ərazi iddialarından əl çəkməsi olduğu vurğulanıb. / azxeber.com

Sosial       Tarix: 11 iyun 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber oxu.az xeberler futbol xeberleri hava proqnozu