Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA
Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA
Kreml Qarabağda rusiyalılarla birlikdə türk sülhməramlılarının yerləşdirilməsi ilə bağlı danışıqların aparıla biləcəyini istisna etmir, lakin bu günə qədər bu mövzu müzakirə olunmayıb.
"İnterfax" bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamasına istinadən məlumat yayıb.
Jurnalistlərlə söhbət əsnasında Peskov Rusiyanın nəzəri olaraq Türkiyə sülhməramlılarının ruslarla birlikdə yerləşdirilməsinə razılıq verməyə hazır olub-olmadığı və bu məsələnin müzakirə edilib-edilmədiyi sualını cavablandırıb:
"Hər zaman müzakirə üçün yer var, amma bu mövzu müzakirə edilməyib".
O qeyd edib ki, Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi üçün Bakı və İrəvanın razılığı lazımdır.
Eyni zamanda, Kremlin sözçüsü bildirib ki, müxtəlif regional problemlərin həllində Rusiya ilə Türkiyə arasındakı qarşılıqlı təsir effektivliyini göstərib:
"Biz bu qarşılıqlı əlaqəni, qarşılıqlı etimadı və əməkdaşlıq səviyyəsini yüksək qiymətləndiririk".
"Bilirsinizmi, prezidentimiz türkiyəli həmkarı Prezident Ərdoğanın konstruktiv yanaşmasını da yüksək qiymətləndirir. Onlar çox yaxın və substantiv dialoqa davam edirlər, ancaq təbii ki, bu cür mürəkkəb substansiyalar, deyək ki, türk tərəfdaşlarımızla dialoq zamanı həll etməyi düşündüyümüz yanaşmalardakı nüanslar fikir ayrılığı olmadan ötüşmür", - Peskov deyib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var