PFL-in yeni prezidenti kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb. Bununla bağlı AFFA-nın inzibati binasında PFL prezidenti vəzifəsinə yeni seçkilər keçirilib. Elxan Səmədov yekdilliklə növbəti müddətə Peşəkar Futbol Liqasının prezidenti seçilib.
KONKRET.az-ın məlumatına görə, Elxan Zakir oğlu Səmədov 1974-cü il yanvarın 14-də Bakı şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Bakı şəhəri 134 saylı orta məktəbdə təhsil alıb. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetində təhsil alıb. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Dillər Universitetində aspirantura təhsili alıb.
2001-ci ildə İtaliyanın Turin şəhərində "International Labor Organization & Training Center"da təhsil alıb. 2006-cı ildə Filologiya elmləri namizədi dərəcəsinə yiyələnib. 2007-ci ildə Vaşinqton şəhərində "Georgetown University" "International Law Institute"da təhsil alıb.
1993-1999-cu illərdə "Pennzoil Caspian Corporation" və "Caspian International Petroleum Company" (CIPCO neft konsorsiumu) şirkətlərində işləyib. 1999-2001-ci illərdə Təhsil Nazirliyində, Dünya Bankının Layihə İdarəetmə Qrupunda Təchizat şöbəsinin rəhbəri işləyib. 2001-2009-cu illərdə "Karasu Operating Company" və "Absheron Operating Company" şirkətlərində işləyib. 2009-2010-cu illərdə AFFA-da Uşaq Futbolunun İnkişafı şöbəsinin direktoru işləyib. 2013-2015-ci illərdə Gənclər və İdman Nazirliyində, Bakı – 2015 Avropa Oyunlarında Təchizat şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.
2021-ci ildən bugünədək AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışır. UEFA-nın məşqçilər üzrə "B" lisenziyasının sahibidir. Futbol, futzal, mini futbol və çimərlik futbolu üzrə Azərbaycanda, beynalxalq peşəkar və həvəskar yarışlarda iştirak edib, yarışmaların "Ən məhsuldar" və "Ən yaxşı" oyunçusu kimi seçilib.
Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Evlidir, bir övladı var.

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi