Podolyak qətlə yetirilən "Vaqner" döyüşçüsündən DANIŞDI
Qətl videosu yayılan keçmiş "Vaqner" döyüşçüsü Yevgeni Nujin Ukrayna ilə əsir mübadiləsi zamanı könüllü olaraq Rusiyaya qayıtmağa razılıq verib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Dojd" telekanalına müsahibəsində deyib:
"O, Ukrayna əsgərləri tərəfindən əsir götürülüb. Əsirlikdə çox şeylər danışıb, sübutlar verib. Bundan sonra o, mübadilə üçün könüllü razılıq imzalayıb".
Onun sözlərinə görə, əsir düşən hər bir əsgər mübadilə prosedurundan könüllü imtina imzalaya bilər.
Podolyak Yevgeni Nujinin 20 ukraynalı hərbi əsirlə dəyişdirilməsini inkar edib. O, Ukraynaya 47 hərbçinin göndərildiyini qeyd edib, lakin Rusiyaya qaytarılan hərbçilərin dəqiq sayını açıqlamayıb.
Mixail Podolyak hesab edir ki, "Vaqner" in təsisçisi Yevgeni Priqojin hərbçinin nümayişkaranə edamını təşkil etməklə bundan təbliğat məqsədləri üçün istifadə edə bilər.
Qeyd edək ki, iddia edilən qətlin videosu noyabrın 12-də teleqram kanallarında yayılıb. Belə ki, videoda arxa planda olan naməlum şəxs çəkiclə Yevgeni Nujinin başına zərbələr endirir.
Noyabrın 14-də Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının bir qrup hüquq müdafiəçisi videonu yoxlamaq xahişi ilə Rusiya İstintaq Komitəsinə müraciət edib.
İqbal Rzayev,
KONKRET.az

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır