"Polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam" - VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb və onların arasında sərbəst güləş üzrə gənclər arasında dünya çempionu, Bakı-2017 İslam Oyunlarının, Minsk-2019 Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov da olub. Daha sonra o, sərbəst buraxılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 
KONKRET.az xəbər verir ki, bu xəbərlərdən sonra instaqram hesabında canlı yayım edən idmançı isə tutulmasını təkzib edib.

O bildirib ki, yazılanlar şər-böhtandır: "Mənim 4 kq narkotiklə tutulduğum barədə xəbərlər var. Guya polis məni saxlayan zaman üzərimdə psixotrop maddələr və digər narkotik növləri olub. Bilirsiz ki, 4 kilo narkotiklə tutulan biri azadlıqda ola bilməz. Necə bir oyun olduğunu bilmirəm. Narkotiklə indiyə qədər heç bir əlaqəm olmayıb. Yazıblar ki, guya Suraxanı, Mehdiabad, Mərdəkanı narkotiklə mən təmin edirəm. Bunların hamısı şər-böhtandır, yalandır. Əgər deyilən qədər narkotiklə tutulmuşamsa, polis evimə gələrdi, yoxlayardı. Amma mən günlərdir ailəmlə birlikdəyəm, evimdəyəm və heç yerə getməmişəm. Düzdür, polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam. Başqa məsələ olub. Məşqlərimi də edirəm, idmanla məşğul oluram. Məqsədim odur ki, bu xoşagəlməz söhbətlərə son qoyum. Hamı bilir ki, illərdir güləşdə əziyyət çəkib medallar qazanıram. Qazandığım medallara görə dövlət mənə kifayət qədər yaxşı mükafatlar verib. Uğurlarıma görə qazandığım pullar özümə bəs edir. Niyə mən narkotik satmalıyam? Düzdür, vaxtikən səhvlərim olub. Buna görə də hər kəsdən üzr istəmişəm. İndi məqsədim Azərbaycan bayrağını başımın üzərində dalğalandırmaq, yeni uğurlar qazanmaqdır".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, mayor Anar Qafarov "Qafqazinfo"ya bildirib ki, ailənin iddiaları həqiqəti əks etdirmir: "Bu barədə artıq DİN rəsmi məlumat yayıb. Həmin şəxslə bağlı cinayət işi başlanılıb. Ona görə də ailənin ittihamları əsassızdır".
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti Mahir Əmiraslanov barədə açıqlama verərək onun yığmadan kənarlaşdırıldığını bildirib: "Məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb. Nizam-intizam kodeksinə əməl etmədiyi üçün onun barəsində bu cür qərar verilib".

İdman       Tarix: 31 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR 

FIFA prezidenti Canni İnfantino Bakıda U-15 dünya çempionatı və festivalının təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. xəbər verir ki, o, bununla bağlı İnstaqram hesabında paylaşım edib. Canni İnfantin

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler son xeberler bugun 2026 muharibe xeber.az son xeberler son xeberler azerbaycan