Polşa 15-65 yaş arası vətəndaşları orduya çağırır: Varşavada nə baş verir?
Polşa 15-65 yaş arası könüllüləri döyüş hazırlığının əsaslarını öyrənmək üçün ordu sıralarına cəlb edir.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Polşanın baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşçak bildirib.
"Biz qərara gəldik ki, belə təlimlərdə tələbələr də iştirak edə bilərlər. 15 yaşdan 65 yaşa qədər hər kəsi dəvət edirik. Yetkinlik yaşına çatmayanlar üçün valideynlərin razılığı tələb olunur", – baş nazirin müavini deyib.
Bildirilib ki, onlara silahlarla necə davranmaq, tibbi yardımın əsasları və böhran vəziyyətlərində hərəkət etmək bacarıqları öyrədiləcək.
Qeyd edək ki, yaxın vaxtlarda Polşa ABŞ-dan "Patriot" zenit-raket kompleksləri alacaq. Polşa və Almaniya bu komplekslərin Ukraynaya göndərilməsini müzakirə ediblər.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür