Polşa millisi Rusiya ilə oyundan İMTİNA ETDİ
Futbol üzrə Polşa millisi Rusiyaya qarşı keçirməli olduğu dünya çempionatının pley-off oyunundan imtina edib.
KONKRET.az-ın məlumatına görə, bu barədə Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa özünün tviter səhifəsində yazıb.
Funksioner bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi kəskinləşdiyi üçün bu ölkənin yığması ilə görüşmək niyyətində deyillər: "Bu, yeganə düzgün qərardır. FİFA-ya ortaq mövqe irəli sürmək üçün danışıqlar aparırıq".
Polşa millisinin kapitanı Robert Levandovski federasiyanın mövqeyini dəstəkləyib. Almaniya "Bavariya"sında çıxış edən 33 yaşlı hücumçu Ukraynada silahlı təcavüzün davam etdiyi bir şəraitdə Rusiya millisi ilə oyun keçirməyi təsəvvür edə bilmədiyini vurğulayıb: "Rusiyalı futbolçular və azarkeşlər buna görə məsuliyyət daşımırlar. Amma heç nə baş vermədiyini iddia edə bilmərik".
Qeyd edək ki, pley-off mərhələsində Rusiya və Polşa arasındakı yarımfinal görüşü martın 24-də planlaşdırılıb. Cütün qalibi İsveç – Çexiya matçının ən güclüsü ilə martın 29-dakı finalda qarşılaşacaq və nəticədə DÇ-2022-yə vəsiqənin sahibi müəyyənləşəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu