"Portu"nun müdafiəçisinin dörd doğum tarixi üzə çıxdı – Dostları onu satdı

Konqolu müdafiəçi Şansel Mbemba "Portu"nu tərk edəcək.
KONKRET.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bunun olduqca nadir bir səbəbi var – Mbemba pasportda yazılandan daha yaşlıdır.
Adətən bu cür şeylər söz-söhbət səviyyəsində ilişib qalır, amma bu dəfə ciddidir. "Corriere de Manha" nəşrinin məlumatına görə, Mbemba sakitcə müqaviləsinin qalan 6 ayını başa vurub gedəcək. Bəlkə "Portu" müqaviləni dərhal ləğv edərdi – amma Mbemba hələ də sözsüz start heyət oyunçusudur.
Sənədlərə görə, Şanselin 27 yaşı var, mərkəz müdafiəçisi üçün – karyerasının ən yaxşı illəri qabaqdadır. Lakin Portuqaliya mediası Mbembanın dostlarından onun 1990-cı ildə anadan olduğunu öyrənib və bu, onu dərhal 31 yaşlı müdafiəçiyə çevirir.
Bu da hələ hamısı deyil. Mbembanın yaşı artıq müzakirə mövzusuna çevrilib. Konqolunun nə vaxt doğulduğuna dair artıq 4 versiya var:
8 avqust 1994-cü il – pasportdakı tarix, ona əsasən, futbolçunun 27 yaşı var;
8 avqust 1990-cı il – dostlarının dediyi və mətbuatda dərc olunan tarix (bu, əvvəllər də üzə çıxıb). Onda müdafiəçinin 31 yaşı olur;
8 avqust 1988-ci il – Mbembanın oynadığı Konqo klublarının sənədlərindəki tarixdir. Şanselin artıq 33 yaşı var;
8 avqust 1991-ci il – Mbembanın 2011-ci il Afrika Kubokunun seçmə mərhələsi üçün ərizədə göstərilən tarix.
Məhz bu tarixə görə Şanselin yaşı ilə bağlı ilk mübahisələr başlayıb. Sonra Konqo Futbol Federasiyasının rəsmilərindən biri etiraf edib ki, doğum tarixi xüsusi olaraq 1991-ci ilə dəyişdirilib ki, futbolçu 2012-ci il Olimpiya Oyunlarının seçmə oyunlarında iştirak edə bilsin.
Mbembanın karyerasında ən qaynar məqam "Anderlext"dən "Nyukasl"a 12 milyon avroya transfer olub. Sonra Şansel sümük toxumasının analizindən keçib – bu, bədənin yaşını təyin etməyin yollarından biridir. Araşdırma Mbembanın özünün israr etdiyi tarixi təsdiqləyib – 1994-cü il.
"Sümük analizi mənim əsl yaşımı sübut etdi. Çox təhqiramiz sözlər eşitdim, indi şayiələr təkzib olundu. Ailəm, dostlarım və Konqodakı hər kəs mənim 8 avqust 1994-cü ildə anadan olduğumu bilir. Sadəcə, bəzən müvəffəqiyyətli insanlara zərər vermək istəyən paxıl insanlar olur", – müdafiəçi deyib.
Görünür, Şanselin bütün dostları onun əsl yaşını bilmirlər (yaxud Portuqaliya mətbuatı yazıq müdafiəçiyə qarşı çirkin kampaniyada birləşib).
Bu, Mbembanın karyerasına ağır zərbə vura bilər: "Milan" oyunçu ilə maraqlanırdı, amma indi yəqin ki, transferdən qəti şəkildə imtina edəcəklər – mübahisəli detallar həddən artıq çoxdur.

İdman       Tarix: 23 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun az xeber son xeberler az xəbərlər.com