Prezident: Azərbaycan Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarla fəal işləmək niyyətindədir
Planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir.
KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
"Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin – Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq", – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan Prezidenti deyib ki, hazırda 4 qiqavat gücündə bərpa olunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.
Dövlətimizin başçısı əminliyini ifadə edib ki, bütün məqsədlərə nail olunacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi