Prezident İlham Əliyev Tailand Kralını təbrik etdi

Prezident İlham Əliyev Tailand Kralını təbrik etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tailandın Kralı Əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya təbrik məktubu ünvanlayıb.
KONKRET.az-ın məlumatına görə, mətndə deyilir:
"Əlahəzrət,
Tailand Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
2024-cü ildə Azərbaycanın Banqkokda səfirliyinin fəaliyyətə başlaması ikitərəfli əlaqələrimizin yeni müstəviyə keçməsinin bariz nümunəsidir. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Tailand arasında qarşılıqlı maraq doğuran sahələrdə əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, Tailand Krallığının dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Siyasi       Tarix: 05 dekabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. "Tbilisid

Ağdamın Qayıdışı Ali Baş Komandanın qalib hərbi-siyasi iradəsinin nəticəsidir

"Azərbaycanın Zəfər təqvimində 20 noyabrın xüsusi yeri var. Altı il əvvəl Qarabağın ən böyük iqtisadi, mədəni və inzibati mərkəzlərindən biri olan Ağdam 27 illik işğaldan azad edildi. Vətən müharibəsinin başa çatmasında

Dünyanı nə gözləyir? – ABŞ və İranla bağlı mühüm AÇIQLAMA

ABŞ və İran arasında son dövrlər artan hərbi-siyasi gərginlik beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Tərəflərin qarşılıqlı təhdidləri, regionda hərbi fəallığın artması və diplomatik münasibətlərdə yaranan fikir ayrılıqlar

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır. Report-a istinada xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefu

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnam Sosialist Respublikasına rəsmi səfərə gəlib. azərtac-a istinadən xəbər verir ki, Hanoyun Noi Bai Beynəlxalq Hava Limanında dövlətimizin başçısını

Paşinyan: 'Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik

Noyabrın 22-də Ermənistan rəhbərliyi TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu, Zəngəzur dəhlizi - red.) layihəsinin icrasına başlanıldığını elan edəcək.  Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barəd

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Senatını


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler xəbər son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler