Prezident İlham Əliyevin "TEKNOFEST"də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın aprelin 29-da İstanbulda keçirilən "TEKNOFEST" aerokosmik və texnologiya festivalında iştirakı Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
azxeber.com "report"a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə çıxışı mətbuat vasitəsilə türkdilli ictimaiyyətə çatdırılıb.
"Anadolu" agentliyi, "yenisafak.com" və "euronews.com" saytı Azərbaycan Prezidenti İlham Əliyevin "Ümid edirəm ki, yaxın gələcəkdə "Kızılelma" Azərbaycanın səmasında da olacaqdır" və Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" tezisini xatırladaraq, "Bir yumruq" ifadəsi başlığı altında məqalələr türk və ingilis dillərində dərc ediblər.
"TRT haber", "Haber Global", "Milliyet TV" və digər telekanallar səfərlə bağlı reportajlar yayımlayıb. Nüfuzlu "Sabah" qəzetinin və "Ahaber" agentliyinin internet saytında yerləşdirilən "Yaxın gələcəkdə Azərbaycanda "Bayraktar" mərkəzi yaradılacaq" başlıqlı yazıda Prezident İlham Əliyevin çıxışından müxtəlif sitatlar gətirilib.
Türkiyənin digər nəşrlərində dövlət başçısının qardaş ölkənin təhlükəsizlik tədbirlərinə kompleks şəkildə yanaşmasının, Ankaranın həyata keçirdiyi layihələrin bölgədə əməkdaşlığa zəmin yaratdığı barədə fikirləri xüsusi olaraq vurğulanıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu