"Prezident kuboku-2022": Akademik avarçəkmə yarışlarında Azərbaycan birinci oldu - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası başa çatıb.
KONKRET.az-ın məlumatına görə, reqatanın ikinci günündə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq idmançı akademik avarçəkmə növündə mübarizə aparıb.
Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Turnirin birinci günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.
Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançısına kubok təqdim olunub.
Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.
"Prezident kuboku-2022" turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

İdman       Tarix: 07 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Konfrans Liqası: bu gün 18 oyun var

UEFA Konfrans Liqasında Liqa mərhələsinin II turunun oyunlarına bu gün start veriləcək. xəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu evdə Şotlandiyanın "Harts" komandası ilə üz-üzə gələcək. UEFA Konfran

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az son xəbərlər bugün 2026 son xeber.az son xeber