"Prezident Kuboku-2022" başa çatdı - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2022" beynəlxalq reqatasına yekun vurulub.
KONKRET.az xəbər verir ki, yarışı əhəmiyyətli edən əsas məqam onun ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə təşkil edilməsi olub.
Azərbaycanla yanaşı, Gürcüstan, Moldova, Türkiyə və Özbəkistandan 100-dən artıq idmançının qatıldığı turnirin ilk günündə Mingəçevir şəhərində komandaların rəsmi paradı təşkil edilib.
Paradın sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və "Prezident Kuboku" reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri Umummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri düzüblər.
"Prezident Kuboku-2022" reqatasının rəsmi açılışı və ilk yarışlar 44 günlük şanlı Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Suqovuşanda start götürüb. Açılış mərasimində Azərbaycan Prezidentinin Qarabağ iqtidsadi rayonuna daxil olan işğaldan azad olunmuş ərzilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov, gənclər və idman naziri Fərid Qayıbov, AKAF-ın prezidenti Vüqar Əhmədov, Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü Bülent Eren, həmçinin Gürcüstan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze çıxış edərək Qarabağda təşkil olunan və böyük qayıdışı simvolizə edən ilk idman tədbirinin əhəmiyyətindən, Prezident İlham Əliyevin idmana və idmançılara qayğısından danışıblar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi orkestrının ifasında dövlət himni səsləndirdikdən sonra tədbirin bədii hissəsi incəsənət nümayəndələrinin çıxışları və su üzərində ecazkar şou ilə davam edib.
Rəsmi və bədii hissə başa çatdıqdan sonra reqatanın ilk günündə kayak və kanoe üzrə yarışlar keçirilib. İlk yarış günündə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. Yeniyetmə və gənclər arasında 5 yaş kateqoriyasında təşkil olunan yarışlarda Azərbaycan komandası 7 qızıl, 10 gümüş və 8 bürünc medala sahib olub.
Reqatanın ikinci günündə Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində iştirakçılar akademik avarçəkmə növündə mübarizə aparıblar. Azərbaycan milli komandası 3 yaş kateqoriyasında yarışlarda 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Ümumi komanda hesabında akademik avarçəkmə yarışlarında Azərbaycan, kayak və kanoe yarışlarında isə Türkiyə idmançıları birinci olublar. Hər iki ölkənin idmançılarına çempionluq kuboku təqdim olunub. Ümumi nəticədə Azərbaycan komandası reqatada 9 qızıl, 12 gümüş və 12 bürünc medal əldə edib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatasının bağlanış mərasimi isə olduqca maraqlı alınıb. Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilən videoçarx su üzərində 3D effektli şou ilə təqdim edilib. Sonra flaybordların möhtəşəm çıxışı şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb, idmançılar tərəfindən səmaya dilək şarları buraxılıb.
Konsert proqramı ilə davam edən tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulub.

İdman       Tarix: 08 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib. milliaz-a istinadən xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələ

"Qalatasaray" Barış Alper Yılmazla bağlı qərarını verdi

Türkiyə Superliqası təmsilçisi "Qalatasaray" futbol komandasının hücumçusu Barış Alper Yılmaz gələn mövsüm də komandada qalacaq. -ə istinadən bildirir ki, İstanbul klubunun rəhbərliyi Avropanın bir sıra komandalarını

Bakıdakı döyüşdən sonra karyerasını başa vurdu

Qarışıq döyüş növləri (MMA) üzrə tanınmış braziliyalı idman ustası Mişel Pereyranın UFC karyerasına nöqtə qoyulub. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə "MMA Fighting" nəşrinin insayderi Gilyerme Kru

"Qızıl buts"u o qazandı

DÇ-2026-nın yekunlaşması ilə yarışın bombardiri də müəyyənləşib. xəbər verir ki, "Qızıl buts" mükafatını Fransa millisinin hücumçusu Kilian Mbappe qazanıb. O, yarışı 10 qol və 4 məhsuldar ötürmə ilə tamamlayıb

Fransa millisi Zidana tapşırıldı

Zinəddin Zidan Fransa yığmasının baş məşqçisi postuna təyin edilib. Tərəflər arasında artıq uzunmüddətli anlaşma rəsmiləşdirilib. -a istinadən xəbər verir ki, bu məlumatı tanınmış idman jurnalisti və insayder Fabrisio Roman

Zidan Fransa millisinin baş məşqçisi olacaq

Didye Deşam Fransa millisinin baş məşqçisi vəzifəsindən gedir. . "Unikal"a istinadən xəbər verir ki, onun komanda ilə son oyunu 2026-cı il dünya çempionatında 3-cü və 4-cü yerlər uğrunda matç olacaq. Məlumata görə

DÇ-də final matçı təxirə salına bilər

İspaniya və Argentina milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının final matçı Kanadadakı meşə yanğınları səbəbindən təxirə salına bilər. KONKRET. -a istinadla xəbər verir ki, qatı tüstü Kanadanı

"Ronaldo səndən yaxşıdır" dedi, Messi belə cavab verdi

Argentina-İngiltərə matçında Lionel Messi ilə Cud Bellinqem arasında dialoq gerçəkləşib. Savaşmedia.az-a istinadla xəbər verir ki, iddialara görə, müxbir oyundan sonra C.Bellinqemdən Messiyə nə dediyini soruşub. "Önəml

Messidən finaldakı məğlubiyyətə ilk reaksiya

Argentina millisinin kapitanı Lionel Messi komandasının dünya kubokunun finalında İspaniyaya məğlubiyyətini şərh edib. KONKRET. -a istinadla xəbər verir ki, o bu barədə ESPN-ə danışıb. Messi nəticədən kədərləndiyini bildirib:


azerbaycan xeberleri son xeberler yeni xeberler xankendi bugun xeberler novruz bayramı cəbhədən ən son xəbər