Prezident: 'Təqribən dörd ildən sonra biz "Şahdəniz" yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik
"Biz "Şahdəniz" yatağından əlavə qaz gözləyirik. Təqribən dörd ildən sonra, bəlkə də daha tez biz "Şahdəniz" yatağının yeni fazasından əlavə qaz hasil edəcəyik. "Abşeron" yatağından bir neçə ildir ki, qaz gözləyirik və ümid edirəm ki, bu il buna nail olacağıq".
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
İlk mərhələdə "Abşeron" yatağından 1,5 milyard kubmetr qazın əldə olunacağını vurğulayan dövlətimizin başçısı daha sonra həmin qazın hansı bazara nəql ediləcəyinə dair qərar veriləcəyini vurğulayaraq bildirib:
"Azəri-Çıraq-Günəşli" yatağının böyük potensialı var və BP ilə SOCAR artıq o layihədə fəal çalışır.
Bu, nəhəng qaz-kondensat yatağıdır və onun minimum ehtiyatı 300 milyard kubmetrdir. Əlbəttə, "Ümid" və" Babək" yataqlarının böyük potensialı var. Orada SOCAR özü fəaliyyət göstərir, ancaq biz xarici tərəfdaşlarla işləməyə hazırıq. "Qarabağ" neft yatağımız var və orada da potensial var. Beləliklə, qazın mənbəyi bunlardır". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi
Millimiz Moldova yığmasına uduzdu