Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq - ŞƏRH

Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq - ŞƏRH"Azərbaycanda idmanın inkişafı idmançıların əsl dostu olan İlham Əliyevin təşəbbüsünün nəticəsidir".
Bu fikirləri -a açıqlamasında tanınmış telejurnalist Elnur Əşrəfoğlu deyib.
Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq - ŞƏRHO bildirib ki, ümumdünya idman təşkilatları, Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını həmişə yüksək qiymətəndirir, onlar nüfuzlu yarışları məhz Azərbaycana həvalə edirlər: "1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkədə olimpiya hərəkatı, idman hərəkatı daha geniş vüsət almağa başladı. Yaxşı xatırlayıram, o dövrdə cənab Prezidentdən müsahibə almaq şərəfinə nail olmuşdum. Həmin müsahibədə İlham Əliyev yaxşı bir söz dedi: "Sidney Olimpiya Oyunlarına cəmi üç il qalıb". O vaxtdan başlayaraq Oyunlara hazırlıq prosesi, həmçinin, ölkədə idman strukturunun yaxşılaşdırılması, idmana qayğının, diqqətin yüksəlməsi başladı. Xarici ölkələrdə olan tanınmış idman mütəxəssislərimiz Azərbaycana qayıtdı. Nümunə üçün Faiq Qarayevi deyə bilərəm. Həmin vaxtlarda Azərbaycanda möhtəşəm voleybol yarışları keçirildi. "Azərreyl" klubu Çempionlar Liqası kimi nüfuzlu yarışda iştirak etdi. Avropa "Top-komanda" kubokunun qalibi oldu. Eləcə də voleybol üzrə milli komandamız Avropa Çempionatında dördlüyə daxil oldu. Bununla yanaşı digər idman növlərində olan atletlərimiz Avropa və Dünya Çempionatlarındakı uğurlarını daha da artırdılar. Sidney Olimpiya Oyunlarında bizim idmançılar 2 qızıl, 1 bürünc medal qazandılar. Bu, böyük uğur idi. Sidneyndən başlayaraq indiyə qədər keçirilən Olimpiya Oyunlarında medalların sayı getdikcə artır. Məsələn, Rio Yay Olimpiya Oyunlarında səhv etmirəmsə, bizim medalların sayı 18 idi. Bütün bunlar hamısı onu göstərir ki, bu dövr ərzində Azərbaycanda idman necə də sürətlə inkişaf edib. Avropa və Dünya Çempionatlarını, Olimpiya Oyunlarına lisenziya xarakterli turnirləri, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəylik Oyunları, həmçinin Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı kimi nüfuzlu yarışlar Azərbaycana həvalə olundu. Bu federasiyalar, təşkilatlar tərəfindən Azərbaycan dünyada idman ölkəsi kimi tanınır".
E.Əşrəfoğlu rayon çempionatlarının keçirilməsinin idmanın inkişafına töhfə verəcəyini qeyd edib: "Bir çox rayonlarda, bölgələrdə idman kompleksləri tikilib, fəaliyyət göstərir. Düzdür, Azərbaycanın bütün regionlarını əhatə edən yarışlar keçirilir. Ancaq Prezidentin çıxışında çox gözəl bir məqam var ki, nəyə görə rayon çempionatları keçirilir? Həqiqətən də bu, mütləq şəkildə olmalıdır. Ucqar kəndlərdə idman qurğuları olmalıdır. Ölkə başçısı bu təşəbbüslə çıxış etdi. Ucqar kəndlərdə, ucqar yerlərdə idman qurğuları olsa, daha perspektivli, daha yetişkən idmançılarımız meydana çıxar. Hesab edirəm ki, Prezidentin bu tövsiyəsi idman ictimaiyyətinin diqqətində olacaq".
Məhərrəm Əliyev

İdman       Tarix: 27 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Fransadakı iğtişaşlar NFL-ə də təsir etdi - Trampdan matç ilə bağlı təklif

ABŞ Prezidenti Donald Tramp Fransada baş verən iğtişaşlarla əlaqədar Parisdə keçirilməsi planlaşdırılan NFL matçının təxirə salınmasını təklif edib. xəbər verir ki, "The Athletic" nəşrinin məlumatına görə, Tram

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Millimiz bu gün iki oyun keçirəcək

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatında bu gün növbəti oyunlarını keçirəcək. xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv eyni gündə 2 matça çıxacaq. Yığma əvvəlcə saat 12:45-d

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


yeni xeberler azerbaycan xeberleri son xeberler şou biznes xəbərləri kriminal bugun son xeberler 2026 son xeberler bugun