Prezidentin bugünkü sərəncamı 100 min pensiyaçını əhatə edəcək

Prezidentin bugünkü sərəncamı 100 min pensiyaçını əhatə edəcəkPrezident İlham Əliyevin yeni Sərəncamı əmək pensiyasına qulluq stajına görə əlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.
Bu barədə azxeber.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sərəncamla nazirlik 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görə əlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək.
Maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.
Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına gorə əlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.
Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Qulluq stajına görə əlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.
Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir irəliləyişi təmin edir.
Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.
Ümumilikdə 2022-ci il üzrə əmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.

İqtisadiyyat       Tarix: 04 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gələcəkdə dəyərlənəcək investisiyanı hara edək? – ƏSAS MƏQAMLAR

Daşınmaz əmlak uzun illərdir kapitalını qorumaq vədəyərləndirmək istəyənlərin diqqətində olan investisiya istiqamətlərindənbiridir. 2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artımtendensiyası davam edir və mütəxəssislə

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərə

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Son dövrdə nağdsız ödənişlərdə tətbiq olunan gündəlik köçürmə limitləri alıcılarla yanaşı, sahibkarların da gündəlik iş prosesinə təsirsiz ötüşmür. xəbər verir ki, Yelo Bank sahibkarlara bu çətinlikləri geridə qoyaraq bizneslərin

Bu şəxslərin maaşı 35 faiz artacaq

Sertifikatlaşdırmadan uğurla keçən 31 min müəllimin maaşına 35 faiz əlavə olunacaq. Bunu Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağıro

Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal

Bakcell abunəçilərinə səyahətdə, işdə, evdə və müxtəlif məkanlarda internetdən rahat istifadə etməyə imkan verən portativ Mi-Fi modemini təqdim edir. Kompakt ölçüləri sayəsində rahat daşına bilən modem mobil şəbəkənin əhat

Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 200 manat maaş alır. " "a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlu

Azərbaycanda maaş artdı

2026-cı ilin yanvar - avqust ayları üzrə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur. Sözügedə

AccessBank tender elan etdi

AccessBank QSC PaloAlto Firewall 2026 tenderi elan edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmə


son xeberler azerbaycan xeberleri yeni xeberler metbuat beynelxalq bank mezenne qarabag cəbhədən yeni xəbərlər