Prezidentin köməkçisi: Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır
Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir.
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: "Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir".
H.Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir. Əslində, o yol hərbi təyinatlı deyil. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layəqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var
Cəbrayılda şirkət işçilərinin yaşadığı tikilidə yanğın oldu