Prokurorluq Kiyevdə odlu silahla öldürülən azərbaycanlı ilə bağlı məlumat yaydı
Azərbaycan Respublikasının vətəndaşı Ağayev Davud Şahəddin oğlunun 3 iyul 2018-ci il tarixdə Kiyev şəhərində odlu silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukraynanın istintaq qurumunda başlanmış cinayət işi 2020-ci il oktyabrın 21-ində istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Baş Prokurorluqda aparılan istintaq tədbirləri ilə müəyyən olunub ki, Azərbaycan Respublikasının vətəndaşı Həsənov Yasin Teymur oğlu yaşadığı Kiyev şəhərində aralarında şəxsi münaqişə zəminində baş vermiş və uzun müddət davam etmiş mübahisə ilə əlaqədar Davud Ağayevi qəsdən öldürməklə ondan qisas almaq fikrinə düşüb.
Bu məqsədlə Y.Həsənov 2018-ci il iyulun 3-də tanışı Xəlilov Valeh Zaman oğlu və istintaqa məlum olmayan qeyriləri ilə 9 mm kalibrli tapança ilə silahlanıb. Onlar Davud Ağayevin restorandan çıxması barədə məlumatı əldə etdikdən sonra həmin ünvana gəliblər.
Kiyev şəhəri, Bolşaya Vasilkovskaya küçəsində Y.Həsənovun Davud Ağayevə yaxınlaşıb, yaxın məsafədən bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə atəş açaraq onu qəsdən öldürməsinə, daha sonra isə əlbir olduğu şəxslərlə birlikdə gəldikləri avtomobillə hadisə yerindən qaçmasına dair əsaslı şübhələr müəyyən edilib.
2021-ci il oktyabrın 28-i Yasin Həsənova Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 12.1, 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddələri ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bundan başqa, Valeh Xəlilov və qrupun digər istintaqla müəyyən edilməyən üzvləri barəsində cinayət işi ayrılmaqla hazırda istintaq davam etdirilir.

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı